Azərbaycan respublikasi təHSİl naziRLİYİ baki döVLƏt universiteti A.Ş.İbrahiMov, Z. A. abdulova, L. N. mehdiyeva mikologiya (dərslik)



Yüklə 1,94 Mb.
səhifə14/244
tarix28.12.2021
ölçüsü1,94 Mb.
#10797
növüDərs
1   ...   10   11   12   13   14   15   16   17   ...   244
 

Cədvəl 2 

Müxtəlif göbələklərin DNT əsaslarında quanin-sitozin 

 cütünə düşən payın faizlə miqdarı 

Taksonlar % 



Oomycetes 

Phytophthora 47,5 



Zygomycetes 


 

 

Mukor, Zygorhynchus 



35-41 

Phycomyces 39-44 

Absidia, Rhizopus 

44-49 


Syncephalastrum 47-48 

Endomycetes 

Debaryomyces, saccharomyces 

36-46 

S. Cerevisiae 



36-41 

Dipodascus (Endomyces) 

39-43 

Pichia 40-46 



Metschinikowia 42-48 

Saccharomycopsis 50 



Müqayisə üçün 

Bütövlükdə mikroorqanizmlər 22-74 

Ali bitkilər 28-49 

 

RNT molekulları (ribosom – rRNT, matrisa və ya məlumat 



– mRNT və  nəqliyyat nRNT) zülalların sintezində bilavasitə 

iştirak edirlər. Metabolik proseslərin, xüsusilə zülalların 

biosintezinin intensiv getdiyi hüceyrələrdə RNT:DNT nisbəti 

də böyük olur.  



Zülallar – hüceyrənin bütün quruluş elementlərinin  əsas  

komponentini təşkil edir. Digər tərəfdən fermentlər də zülal 

təbiətli olduqlarından onlar (zülallar) hüceyrənin təkcə quruluş 

yox, həm də funksional elementi kimi də mühüm rol oynayır.  

Zülallar, makromolekullar olub, aminturşularından təşkil 

olunur. Aminturşularının sayının 100-dən çox olmasına bax-

mayaraq onlardan ancaq 20-si zülal molekullarının qurul-

masında iştirak edir. Bunları, adətən proteinogen aminturşuları 

adlandırırlar. Zülallarda rast gəlinən aminturşularının 

əksəriyyəti 



α

 – aminturşularıdır ki, onların da quruluşu aşağı-

dakı ümumi düsturla göstərilə bilər.  

 

R — CH — COOH 

          | 

 

 



         NH

Aminturşuları  tərkibindəki R – qalığına görə bir-birindən 



fərqlənir. Bu qalıq hidrogen atomundan (qlisin), alifatik və ya 

aromatik karbohidrogenlərdən (alanin, valin, leysin, izoleysin, 

prolin, fenilalanin), polyar qruplardan (serin, treonin, tirozin, 

sistein, metionin, asparagin, qlütamin, triptofan), karboksil qru-

plarından (asparagin turşusu, arginin, histidin) ibarət ola bilər. 

Zülallar iki qrupa bölünür: sadə (proteinlər) və mürəkkəb 

(proteidlər). Sadə züllallar – proteinlər, yalnız zülal molekulun-

dan, mürəkkəb zülallar isə zülal molekulundan əlavə  həm də 

qeyri-zülal komponentinə  də malikdir (məsələn, nuk-

leoproteidlər, lipoproteidlər, fosfoproteidlər, xromoproteidlər 

və s.). 

Zülallar polipeptidlərdir, onlar isə aminturşusu qalıqların-

dan təşkil olunmuşdur. Yəni:  

 

Bu qayda ilə əmələ gələn dipeptidlərdə iki, tripeptidlərdə 



üç, oliqopeptidlərdə 10-a, polipeptidlərdə 100-ə  qədər, 

zülallarda isə 100-dən çox aminturşusu qalığı olur. Polipeptid 

zəncirinin sintezi, ribosomlarda aminoasil – HRNT-nin iştirakı 

ilə  həyata keçirilir. Göbələk hüceyrələrində,  əsas etibarilə, iki 

tip zülallar: fermentlər və skleroproteinlər üstünlük təşkil edir. 

Skleroproteinlər adı altında adətən, göbələklərdə  qılafın tərkib 

elementi nəzərdə tutulur və dayaq, quruluş zülalları hesab 

olunur.  

Adi xətti polimerlərdən fərqli olaraq, zülallar öz 

quruluşlarının mürəkkəbliyi və onlardakı molekulyar 




 

  qüvvələrin müxtəlif təsiri sayəsində ardıcıl olaraq bir neçə 

quruluş tipi əmələ gətirir.  

Birinci quruluş tipi – polipeptid zənciri – əsas valentlik 

zənciridir. Bu zəncirboyu kovalent və kimyəvi rabitələr təsir 

edə bilir. Polipeptid zəncirinin halqaları arasında hidrogen 

rabitəsi  əmələ  gəlir. Bu zaman polipeptid zənciri elə 

yerləşməyə çalışır ki, halqalar arasında mümkün qədər çox 

hidrogen rabitələri yaransın. 

Polipeptid zəncirinin (makromolekulunun) spiralvarı qu-

ruluşu, adətən, zülalların – ikinci quruluşu adlanır. 



Üçüncü quruluş – polipeptid zəncirinin spiralvarı nizam-

sız sahələrinin yığcam hissəciklərdə (fibrilyar və qlobulyar) 

yerləşməsindən ibarətdir. Bu cür quruluş, zəncirin yan amin-

turşuları radikallarının vandervaals qarşılıqlı təsirləri, həmçinin 

də, kimyəvi körpücüklərlə, məsələn, disulfid tikişləri ilə 

müəyyənləşdirilir.  



Dördüncü quruluş – zülal qlobulunun səthində yerləşən 

funksional qruplar arasındakı mövcud qüvvələr nəticəsində 

yaranır. Zülallarda dördüncü quruluş, məsələn, müxtəlif yüklü 

qruplar arasındakı kulon elektrostatik qarşılıqlı  təsiri ilə  də, 

əlaqədar ola bilər.  


Yüklə 1,94 Mb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   244




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin