1.2. Protoplazmanın fiziki xassələri
Protoplazmanın fiziki xassələri, onun quruluşu və kolloidal-
kimyəvi xüsusiyyətləri ilə sıx əlaqədardır. Protoplazmanı
mayelərə yaxınlaşdıran onun axıcılığı və çox da yüksək olma-
yan özlülüyüdür. Özlülük, mayelərə (qazlara) xas olub, bir qrup
hissəciklərin digərlərinə nisbətən yerdə-yişməsinə mane olan
müqavimət qüvvəsinə deyilir. Beləliklə də, özlülük molekul-
lararası gərilmə qüvvəsi kimi, axıcılığın tamamilə əksinədir.
Özlülük vahidi puazadır.
1 puaza = 1q. sm
-1
san
-1
1 santipuaza = 10
-2
puaza
Özlülük, protoplazmanın funksional və patoloji halının ən
mühüm fiziki-kimyəvi göstəricilərindən biridir.
Protoplazma yüksək dərəcədə elastikliyə də malikdir. Adi
mayelərdən fərqli olaraq protoplazmada quruluş özlülüyü
müşahidə olunur. Quruluş özlülüyü, protoplazmadakı
komponentlərin qarşılıqlı səmtlənməsini və həmçinin proto-
plazma daxilində müəyyən quruluşun (kompartmentləşmənin)
olmasını göstərir.
Quruluş özlülüyü, protoplazmanın sabit xassəsi deyil, hü-
ceyrənin qocalması zamanı o, artır. Protoplazmanın quruluş
özlülüyünə fiziki-kimyəvi amillər (temperatur, pH və s.) güclü
təsir edir. Protoplazmanın mühüm xassələrindən olan özlülük
bilavasitə hidratlaşmadan asılıdır. Hidratlaşma hadisəsi – su-
yun müxtəlif ionlara, molekullara kolloid mitsellərinə
birləşməsi isə onun polyarlığı ilə əlaqədardır. Polyarlıq su
molekulunda hidrogen və oksigenin elektronlarının simmetrik
yerləşməməsi, bununla da müsbət və mənfi yüklərin qeyri-
bərabər paylanması hesabına meydana çıxır. Bunu aşağıdakı
kimi göstərmək olar.
su molekulu su dipolu
Dostları ilə paylaş: |