K
+
- ionunun hidratlaşması
Belə qeyri-bərabər paylanma sayəsində su molekulu dipol
əmələ gətirir.
Kolloid mitsellər, nəinki təkcə su molekulunun, onların
kənar tərəflərində yerləşən hidrofil qruplara birləşməsi yolu ilə
hidratlaşa bilir («mitselyar hidratlaşma»). Bundan başqa, onlar
su molekulunun mitsellərin daxilindəki fəal, hidrofil radikal-
larla da birləşməsindən hidratlaşırlar. Belə birləşməyə «permu-
toid» hidratlaşma deyilir.
Hüceyrədə zülallar ən yüksək hidratlaşma qabilliyyətinə
malikdir. Zülal molekulları suyu udduqda şişir. Suyun zülallar
tərəfindən udulması prosesinə kationlar, anionlar, pH və s. böyük
təsir edir. Belə təsir, ilk növbədə, suyun dielektrik sabitinin
dəyişməsi ilə əlaqədardır. Elektrolitlər, polyar radikalların pol-
yarizasiyasına təsir etdiyindən, həmin radikalların su dipolu ilə
qarşılıqlı əlaqəsi də dəyişir.
Məlumdur ki, zülallar suda həqiqi məhlullar əmələ
gətirmirlər, onlar ancaq kolloid vəziyyətdə olur. Kolloid
məhlullar özləri də iki qrupa bölünür: a) liofob; b) liofil. Əgər
dispers mühiti sudan ibarətdirsə, bu halda müvafiq olaraq
«hidrofob» və «hidrofil» terminləri işlədilir. Liofob (hidrofob)
kolloid məhlullarda, dispers mühitin və dispers fazanın
hissəcikləri bir-birini itələdikləri halda, liofil (hidrofil)
sistemlərdə onlar bir-birini cəzb edir. Bundan başqa, liofil
kolloidlər hidratlaşma sayəsində daha da sabitləşir.
Dostları ilə paylaş: |