Azərbaycan respublikasi təHSİl naziRLİYİ baki döVLƏt universiteti A.Ş.İbrahiMov, Z. A. abdulova, L. N. mehdiyeva mikologiya (dərslik)



Yüklə 1,94 Mb.
səhifə15/244
tarix28.12.2021
ölçüsü1,94 Mb.
#10797
növüDərs
1   ...   11   12   13   14   15   16   17   18   ...   244
Lipidlər  suda həll olmayan, canlı hüceyrələrdən isə qey-

ri-polyar həlledicilər (xloroform, efir və ya benzol) vasitəsilə 

ekstraksiya edilən üzvi maddələrə lipidlər deyilir. Hüceyrədə 

lipidlər, aşağıdakı funksiyaları yerinə yetirirlər: 1) onlar 

biomembranların quruluş komponentidir; 2) yüksək enerjili 

maddələrin ehtiyat halında  hüceyrələrdə  toplanma formasıdır; 

3) yüksək enerjili maddələrin daşınma formasını təşkil edir; 4) 

müdafiə rolunu oynayır. Lipidlərə aid edilən bir sıra maddələr 

(bəzi vitaminlər, onların sələfləri və  həmçinin də hormonlar), 

yüksək bioloji aktivliyə malikdir. Hüceyrənin  ən mühüm sub-

mikroskopik quruluş elementi olan «elementar membranlar» 

lipoproteid kompleksindən təşkil olunmuşlar. Göbələk 

hüceyrələrində lipidlər, ehtiyat maddələri kimi protoplazmada 

 

  toplanır və buradan da hüceyrə şirəsinə keçə bilirlər.  



Lipidlər,  protoplazmada  çox kiçik damlalar şəklində to-

planaraq, sanki onun kütləsinə hopur və beləliklə  də, proto-

plazmaya parlaq şüşəyəbənzər görkəm verir. Sonradan bu 

maddələr, bir-birilə birləşərək mikroskop altında daha yaxşı 

görünən, iri damlalar şəklində ya protoplazmada qalır və ya on-

dan vakuola keçirlər. Lipid damlalarının bu cür ayrılması 

prosesi, hüceyrəyə qeyri-əlverişli təsirlər zamanı (məsələn, 

mühitin reaksiyası  dəyişdikdə) güclənir. Bunun da sayəsində 

vakuollardakı lipid damlalarının miqdarı artır, lakin proto-

plazmanın  əvvəlki konfiqurasiyası pozulur. Bu hadisə, «lipo-

faneroza» adlanır, onu qeyri-əlverişli  şəraitlərdə saxlanmış 

göbələklərdə  və ya köhnə göbələk kulturalarında aşkar etmək 

olar.  

Polisaxaridlər – təbii polimer birləşmələrinin mühüm 

siniflərindən biridir. Polisaxaridləri iki böyük qrupa bölürlər: 1) 

homopolisaxaridlər; 2) heteropolisaxaridlər. 

Homopolisaxaridlərə,  polisaxaridlərin çox hissəsi, o cümlədən, 

sellüloza, nişasta və qlikogen də daxildir.  

Göbələklərin hüceyrə  qılafında homopolisaxaridlərdən – 

sellüloza, xitin, 

α

 – qlükan və s. ilə yanaşı, həm də çoxlu 

heteropolisaxaridlər – qlükomannanlar, mannozalar və 

başqaları da vardır. 

Hal-hazırda konformasion təsəvvürlərin inkişafı 

sayəsində, polimer zəncirində yerləşən karbohidrat qalıqlarının 

bəzi quruluş tiplərini öyrənmək mümkün olmuşdur. Belə ki, 

sellüloza molekulunda qlükoza halqası elə konformasion 

vəziyyətdə olur ki, o polimerə öz oxu ətrafında burulmuş nazik 

sapvarı forma verir. Polimerin bu quruluşu «kreslo» adlanır və 

aşağıdakı kimi göstərilə bilər.  

 

«kreslo» 

 

 



 

 

 



 

 

 



Amiloza molekulunda isə qlükoza halqası sterik 

səbəblərdən asılı olaraq «kreslo» formasında yox, «vanna» 

şəkilli konformasiyada müşahidə edilir.  


Yüklə 1,94 Mb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   244




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin