II FƏSİL
GÖBƏLƏKLƏRİN QİDALANMASI
2.1. Mineral qidalanma
2.1.1. Qida elementləri və qida maddələri
Mineral qidalanma, göbələk orqanizminin həyat fəaliy-
yətində mühüm rol oynayır. Göbələklər, özlərinə lazım olan
mineral maddələri (qida elementlərini) xüsusi mexanizmlərin
köməyilə mühitdən alır və öz orqanizmlərində paylayır. Qida
elementləri dedikdə, göbələk orqanizmi üçün zəruri sayılan və
başqaları ilə əvəz olunmayan kimyəvi elementlər nəzərdə tutu-
lur. Qida maddələri adı altında isə tərkibində qida elementləri
olan və göbələklər üçün mənimsənilən birləşmələr başa
düşülür.
Göbələklərin böyümə və inkişafı üçün zəruri olan maddələr
haqqında fikir yürütməkdən ötrü onların mitsellərinin elementar
kimyəvi tərkibini bilmək lazımdır. Göbələk mitselinin elemen-
tar kimyəvi tərkibi kifayət qədər zəngindir. Karbon ~ 40%, ok-
sigen ~ 40%, azot ~ 7-8%, hidrogen ~ 2-3%. Onlarda kül ele-
mentinin miqdarı ~ 7-10%-dir. Göbələk mitsellərinin külünə
adətən aşağıdakı maddələr daxil olur: kükürd, fosfor, kalium,
maqnezium, dəmir, sink, manqan, mis, kalsium və s..
Ümumiyyətlə, göbələklərin külündə 50-dən çox elementi aşkar
etmək mümkündür. Lakin bu elementlərdən heç də hamısı
göbələyin həyat fəaliyyəti üçün zəruri deyil. Göbələk
mitsellərinin külündə ən çox rast gəlinən elementlər fosfor və
kaliumdur. Maya göbələyinin külündə fosfor oksidi (P
2
O
5
)
50%-ə qədərdir, kaliumun miqdarı isə (K
2
O) təxminən 25%-ə
bərabərdir. Hifəmələgətirən (sapvarı) göbələklərdə P
2
O
5
adətən
külün 25%-ni, K
2
O isə 50%-ni təşkil edir, qalan elementlərin
miqdarı təxminən 25%-ə çatır.
Göbələklərin normal qidalanması üçün təxminən 17 – 18
elementin olması zəruridir. Bunlara: karbon, oksigen, azot,
hidrogen (orqanogen elementlər), kükürd, fosfor, kalium,
maqnezium, dəmir, mis, sink, manqan, molibden, həmçinin də,
kalsium, qallium, bor, skandium və vanadium aid edilir.
Qida elementlərinin tərkibi və onların hüceyrələrdəki miq-
darı, göbələklərin yaşadığı şəraitdən asılı olaraq xeyli dərəcədə
dəyişilə bilir. Hüceyrələrdəki miqdarına görə mineral
elementləri aşağıdakı qruplara bölürlər:
1) Makroelementlər – C, O, N, H, S, P, K, Mg, Na və b. Bu
elementlərin hüceyrələrdəki miqdarı 10
1
-10
-2
% arasında
dəyişilir.
2) Mikroelementlər – B, Mn, Cu, Zn, Mo, Co, Cl, Fe, Sc və
s. bunların hüceyrələrdəki miqdarı 10
-3
– 10
-5
%-ə bərabərdir.
3) Ultramikroelementlər – Se, Cd, Cs, Ag, Au, Ra və s.
həmin elementlərin hüceyrələrdəki miqdarı təxminən 10
-6
%,
yaxud bundan da azdır.
Təbii halda, qida elementləri göbələklər tərəfindən aşa-
ğıdakı formalarda mənimsənilir:
1) C, O, H – CO
2
; H
2
O və O
2
; 2) qeyri-metallar: N, S, P və
B – anionlar (nitrat, sulfat, fosfat, borat); 3) qələvi və torpaq-
qələvi metallar – kationlar (K
+
, Ca
2+
, Mg
2+
, Na
+
və s.); 4) ağır
metallar (Fe, Mn, Cu, Mg və Zn) – kationlar (MO
2
4
– istisna
olmaqla); 5) xlor – anion (Cl
-
).
Eyni duzun anion və kationunun hüceyrələr tərəfindən
müxtəlif intensivlikdə mənimsənilməsi, onun fizioloji reaksi-
yasını müəyyən edir. Belə ki, duzun kationunun daha sürətlə
mənimsənilməsi, mühitin turşulaşmasına səbəb olur. Əgər du-
zun anionu hüceyrələr tərəfindən intensiv udularsa, bu halda
mühit qələviləşir. Buna görə də, anionları çox udulan duzlar
fizioloji qələvi, kationları udulanlar isə fizioloji turş duzlar ad-
lanır. Fizioloji qələvi duzlara: NaNO
3
, Ca(NO
3
)
2
, fizioloji turş
duzlara isə CaSO
4
, NH
4
Cl və s. aiddir.
Adətən hüceyrələr hər hansı bir duzun (NaCl, K
2
SO
4
və s.)