qlükuron turşusu – HOC - C – C – C – C – COOH.
| | | |
H OH H H
Göbələklərdə metabolizmin aralıq məhsullarından olan ali-
fatik sıralı turşular da yüksək dərəcədə qidalılıq keyfiyyətlərinə
malikdir. Çox hallarda qidalılıq keyfiyyəti, alifatik zəncirdə
karbon atomlarının miqdarı altıya çatana qədər yüksəlir.
Qeyd etmək lazımdır ki, qarışqa turşusu (HCOOH) aşağı
qidalılıq keyfiyyətinə malikdir. Göbələk üçün ən əlverişli kar-
bon mənbəyi sirkə turşusudur (CH
3
COOH). Turşuların qidalılıq
dəyəri, onlarda olan karbon atomlarının sayı altıyadək artdıqca
yüksəlir, bundan sonra keyfiyyət azalmağa başlayır. İkiəsaslı
(dikarbon) turşular və oksiturşular, sadə – birəsaslı turşulara
nisbətən daha yüksək qidalılıq keyfiyyəti qazanır. Məsələn,
alma və kəhrəba turşuları, süd və propion turşularından daha
qiymətlidir. Digər tərəfdən, oksiturşu olmaqla süd turşusu,
propion turşusundan, alma turşusu isə kəhrəba və fumar turşu-
larından daha yaxşı mənimsənilir (cədvəl 3).
Cədvəl 3
Dostları ilə paylaş: |