2.2.2. Azot mənbələri
Göbələklərin azotla qidalanması özünün əhəmiyyətinə görə
onların karbonla qidalanmasından geri qalmır. Amma karbonla
qidalanmaya nisbətən azotla qidalanma həcminə görə bir qədər
azdır. Belə ki, göbələk mitsellərində hüceyrələrin tərkibində
karbona nisbətən azotun miqdarı 5 – 6 dəfə aşağıdır. Bundan
başqa, karbonlu birləşmələr göbələklər tərəfindən xeyli çox
istifadə olunur. Bu onunla əlaqədardır ki, karbonlu birləşmələr,
göbələk hüceyrələrində enerji mənbəyi kimi də istifadə edilir.
Odur ki, göbələklər üçün qidalı mühitlərdə tərkibində karbonlu
komponentlərin miqdarı, azotlu mənbələrin miqdarından on
dəfələrlə çox olmalıdır. Bəzi müstəsna hallara baxmayaraq,
göbələklər tərəfindən mənimsənilən azot onun mitsellərində
qalır. Lakin mənimsənilən karbon isə, göbələk mitsellərində
çox az miqdarda qala bilir.
Göbələklərdə azot, hifin qılafının tərkibinə xitin formasında
– asetilqlükozamın polimeri halında daxil olur. Xitin isə,
mərhələli hidroliz zamanı qlükozamin (C
6
H
11
O
5
NH
2
) və sirkə
turşusu verir. Daha sonra azot göbələklərdə zülalların,
peptidlərin aminturşularının, vitaminlərin əksəriyyətinin, fer-
mentlərin, purin və pirimidin əsaslarının tərkibinə daxil olur.
Müxtəlif azot mənbələrini mənimsəmək qabiliyyətinə görə
göbələklər aşağıdakı qruplara bölünür.
Dostları ilə paylaş: |