Azərbaycan respublikasi təHSİl naziRLİYİ baki döVLƏt universiteti A.Ş.İbrahiMov, Z. A. abdulova, L. N. mehdiyeva mikologiya (dərslik)


Tənəffüsün substratları və tənəffüs əmsalı



Yüklə 1,94 Mb.
səhifə33/244
tarix28.12.2021
ölçüsü1,94 Mb.
#10797
növüDərs
1   ...   29   30   31   32   33   34   35   36   ...   244
3.1.1. Tənəffüsün substratları və tənəffüs əmsalı 

Tənəffüs prosesində istifadə olunan substratlardan ən 

mühümü karbohidratlardır. Hüceyrədə olan karbohidratların 

təxminən dörddə üç hissəsi, tənəffüsdə  sərf oluna bilər. 

Tənəffüs substratı kimi, zülallardan və yağlardan da istifadə 

edilir. Bir sıra heterotrof orqanizmlərdə (məsələn, kif 

göbələklərində) tənəffüs substratı, həmin orqanizmin yaşadığı 

mühitin tərkibindən asılıdır. Göbələk və digər qrup 

orqanizmlər, təbiətdə rast gəlinən üzvi birləşmələri, o 

cümlədən, çətin mənimsənilən birləşmələri də ekzofermentlərin 

köməyilə istifadə edə bilirlər. Müxtəlif fermentlərin aktivləşmə 

qabiliyyəti və fəaliyyət göstərdiyi şəraitə görə bəzi iri və kiçik 

göbələk taksonlarını bir-birindən fərqləndirmək mümkündür. 

Bir çox göbələklər zülalları ekzogen parçalanmağa qadirdir. 

Bunun üçün onlar, proteolitik fermentlərin üç əsas tipini mühitə 

ifraz edirlər. Bu fermentlərdən olan endopeptidazalar, zülal 

zənciri daxilində peptid rabitələrini qırır. Ekzopeptidlər, əksinə, 

 

  zəncirin yalnız sonuna təsir edir.  



Mühüm qida maddələrindən biri də yağlardır (lipidlər). 

Yağların parçalanması, lipazanın təsiri ilə başlayır. Bu 

fermentin təsiri altında yağlar qliserin və yağ turşularına 

parçalanır. Yağları parçalayan göbələk fermentlərinin  əksəriy-

yətinin pH-optimumu qələvi sahəyə düşür, lakin bəzi 

göbələklərdə bu ferment neytral və ya turş mühitdə daha aktiv 

olur.  Ən mühüm qida maddələrinin çevrilmə yollarının sxemi 

aşağıda verilmişdir. 

 

           Zülallar                      Polisaxaridlər                   Yağlar 




Yüklə 1,94 Mb.

Dostları ilə paylaş:
1   ...   29   30   31   32   33   34   35   36   ...   244




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin