qıcqırma tənəffüs
(2CO
2
+2C
2
H
5
OH) (6CO
2
+ 6H
2
O)
Ardıcıl çevrilmələr nəticəsində əmələ gələn aralıq
məhsullar da hər iki proses üçün ümumi hesab edilir. Bu iki
proses, bir-birindən, şəkərlərin parçalanması müəyyən
mərhələyə çatdıqdan sonra ayrılır. Tənəffüslə qıcqırmanın bir-
birindən fərqlənməsi aralıq məhsulların sonradan çevrilməsinin
xarakterindən asılıdır. Tənəffüs və qıcqırma arasındakı genetik
əlaqə, çoxlu sayda təcrübələrdə sübut olunaraq, hazırda hamı
tərəfindən qəbul olunmuşdur. Beləliklə, tənəffüs bioloji
oksidləşmənin aerob, qıcqırma isə anaerob (sirkə turşulu
qıcqırma istisna olmaqla) yoludur. Bəzən qıcqırmaya anaerob
tənəffüs də deyilir. Tənəffüsün dayanması canlının məhv
olmasına səbəb olur. Odur ki, tənəffüs, orqanizmlərdə
funksiyasına və miqyasına görə universal və mərkəzi prosesdir.
Dostları ilə paylaş: