Antioksidant Sistemi Fermentlərinin Və Lipid Peroksidləşməsinin Xroniki Böyrək Çatışmazlığının Proqressivləşməsində Rolu



Yüklə 79,53 Kb.
Pdf görüntüsü
tarix14.04.2017
ölçüsü79,53 Kb.
#14032

АМЕА-nın Xəbərləri (biologiya və tibb elmləri), cild 68, №1, səh. 95-99 (2013)

 

95 



Antioksidant Sistemi Fermentlərinin Və Lipid Peroksidləşməsinin Xroniki 

Böyrək Çatışmazlığının Proqressivləşməsində Rolu 

 

R.R. Göyüşova



1

, M.R. Quliyev



 

1

Bakı Dövlət Universiteti, akad. Z.Xəlilov kuç., 23, Azərbaycan 

2

Azərbaycan Tibb Universiteti, Bakıxanov kuç., 23, Azərbaycan 

 

Tədqiqat işində xroniki böyrək çatışmazlığı (XBÇ) olan xəstələrdə patoloji prosesin mərhələsindən 

asılı olaraq antioksidant sistemin (AOS) aktivliyinin və lipid peroksidləşməsi (LPO) proseslərinin 

intensivliyi öyrənilmişdir. Müəyyən edilmişdir ki, hemodializ LPO məhsullarının səviyyəsinə  təsir 

göstərmir. AOS göstəriciləri olan superoksiddismutaza (SOD) və katalazanın (KAT) hemodializdə 

olan xəstələrdə artması orqanizmin müdafiə qabiliyyətinin artması kimi qiymətləndirilmişdir. 

Qlutationperoksidazanın (QP) aktivliyinin azalmasına XBÇ zamani baş verən metabolik asidoz səbəb 

ola bilər. Reduksiya olunmuş GSH səviyyəsinin azalması LPO proseslərinin intensivləşməsi və QP 

aktivliyinin azalması ilə əlaqədardır. 

 

Açar sözlər: xronik böyrək çatışmazlığı, lipid peroksidləşməsi, antioksidant sistem, superoksiddismutaza, 

katalaza, qlutationperoksidaza, qlutation 

 

GİRİŞ 

 

Xroniki böyrək çatışmazlığı (XBÇ) – 



böyrəklərin birincili və ya ikincili zədələnməsi 

nəticəsində nefronların tədricən məhv olması  və 

homeostaz pozulmaları ilə müşayiət olunan 

simptomokompleksdir. XBÇ-nin rastgəlmə tezliyi 

hər 1 mln əhaliyə 100-600 arasında dəyişir və yaş 

artdıqca baş vermə ehtimalı yüksəlir. Son vaxtlarda 

hipertoniya, 2-ci tip şəkərli diabet və generalizə 

olunmuş ateroskleroz fonunda təkcə yaşlılarda 

deyil, həm də 60 yaşdan aşağı insanlarda XBÇ-nin 

rastgəlmə tezliyi artmaqdadır (Carluccio et al., 

2002). 

XBÇ qalıq azot komponentlərinin 



ekskresiyasının nəzərə çarpacaq dərəcədə azalması 

və böyrəklərin funksiyalarının zəifləməsi ilə  

yanaşı, həm də  dərin metabolik və endokrin 

dəyişikliklərlə xarakterizə olunur. Böyrək 

çatışmazlığının proqressivləşməsinin patogenetik 

mexanizmləri araşdırılarkən müəyyənləşdirilmişdir 

ki, arterial hipertenziya, diabetik nefropatiya, 

proteinuriya və dislipidemiya əsas amillərdəndir 

(Canesrtani et al., 1995). 

XBÇ-nin inkişafı 

və formalaşmasında 

metabolik və hemodinamik pozulmalar ilə yanaşı 

orqanizmin prooksidant sistemində müşahidə edilən 

dəyişikliklərin də mühüm rol oynadığı güman edilir 

(Haklar et al.,1995; Jackson et al., 1995). 

XBÇ olan xəstələrdə LPO prosseslərinin 

sürətlənməsi barədə  məlumatlar bir sıra elmi 

tədqiqat işlərinin nəticələrində göstərilmişdir 

(Mimic-Oka et al., 1999; Nenov et al., 1995). Lakin 

aparılan çoxsaylı araşdırmalara baxmayaraq XBÇ 

zamanı oksidativ stress mexanizmləri sonadək 

öyrənilməmişdir. Son illər müəyyən olunmuşdur ki

XBÇ və ürək-damar patologiyası olan xəstələrdə 

oksidativ stressin aterogenez prosesini stimulyasiya 

etməsi patoloji prosesin proqressivləşməsinə gətirib 

çıxaran hemodinamik və qeyri-hemodinamik 

pozulmaların əsas səbəblərindən biridir (Дзугкоева 

и др., 2011; Осиков, Григорьев, 2011). XBÇ olan 

xəstələrin qan plazmasında karbohidratların, 

lipidlərin və zülalların oksidləşmə  məhsullarının 

artması da oksidləşdirici stressin sürətlənməsini 

şərtləndirən amillərdir (Бикбов,  Томилина 2009). 

Hüceyrə  və toxumalarda müşahidə edilən 

metabolizm pozulmaları son nəticədə membran-

destruktiv proseslərə  gətirib çıxararaq, XBÇ-nin 

proqressivləşməsini şərtləndirə bilər (Гудим и др., 

1980; Fridovich et al., 1961). 

Hazırki işin məqsədi XBÇ olan xəstələrdə 

patoloji prosesin mərhələsindən asılı olaraq 

antioksidant sistemin aktivliyinin və lipid 

peroksidləşməsi proseslərinin intensivliyinin 

öyrənilməsi olmuşdur. 

 

 

MATERİAL VƏ METODLAR 

 

Tədqiqata 27-65 yaşı olan (orta yaş göstəricisi 



39,5±1,36) 59 nəfər cəlb olunmuşdur. Xəstələr iki 

qrupa bölünmüşlər: 1-ci qrupa konservativ müalicə 

alan 16 xəstə, 2-ci qrupa XBÇ-nin terminal 

mərhələsində olan və hemodializ müalicəsi alan 28 

xəstə daxil edilmişdir. Nəzarət qrupu 15 praktik 

sağlam şəxsdən (7 qadın və 8 kişi) ibarət olmuşdur. 

Bütün xəstələrdə qanın və sidiyin ümumi 

analizi aparılmış, qan zərdabında sidik cövhərinin 

və kreatininin qatılığı “Human” (Almaniya) 

firmasinin reaktiv dəstinin vasitəsi ilə 

müəyyənləşdirilmişdir. 


Antioksidant Sistemi Fermentlərinin Və Lipid 

96 


Antioksidant mühafizə sisteminin vəziyyətini 

qiymətləndirmək üçün qanda katalazanın (KAT), 

qlütationperoksidazanın (QP), superoksiddismu-

tazanın (SOD) aktivliyi və reduksiya olunmuş 

qlütationun (GSH) səviyyəsi təyin edilmişdir. KAT 

fermentinin aktivliyi М.А.Королюк  və b. təklif 

etdikləri spektrofotometrik üsulla ölçülmüşdür 

(Королюк  и  др., 1988). Bu metodun prinsipi 

hidrogen peroksidin molibden duzları ilə davamlı 

sarı  rəngli kompleks əmələ  gətirməsinə  əsaslanır. 

SOD aktivliyi Дубининa  Е.Е. və b. təklif etdiyi 

üsulla, NADH və fenazinmetosulfatın (FMS) 

iştirakı ilə nitrotetrazolin göyünün reduksiyasının 

inhibisiyasına 

əsasən müəyyənləşdirilmişdir 

(Дубинина и др., 1983).

 

QP aktivliyi üçlü butil hidroperoksidinin 



iştirakı ilə qlütationun oksidləşmə sürətinin təyini 

prinsipi ilə ölçülmüşdür (Моин, 1986). GSH 

konsentrasiyası Ellman metodu ilə təyin edilmişdir. 

Bu üsulun prinsipi 5,5' -ditio-bis-nitrobenzoy 

turşusunun SH qrupları ilə qarşılıqlı əlaqəsi zamanı 

sarı  rəngli məhsulların alınmasına  əsaslanır 

(Ellman, 1959). 

Antioksidant sistemin vəziyyəti LPO-nin ilkin 

məhsulu olan dien konyuqatlarının (DK) və aralıq 

məhsulu malon dialdehidinin (MDA) qatılığının 

təyini  əsasında qiymətləndirilmişdir. MDA qatılığı 

onun yüksək temperaturda tiobarbitur turşusu ilə 

reaksiyası  nəticəsində 532 nm dalğa uzunluğunda 

maksimun udulan rəngli kompleksin əmələ 

gəlməsinə  əsaslanaraq təyin edilmişdir (Osakava, 

Matshushita, 1980). DK qatılığı Гаврилова В.Б. və 

b. təklif etdikləri metodla LPO zamanı 

konyuqasiyaya uğramış dien strukturlarının 232-

234 nm dalğa uzunluğunda udulma intensizliyinin 

dəyişməsinə 

əsasən müəyyən edilmişdir 

(Гаврилова и др., 1988). 

Tədqiqatın statistik işlənməsi zamanı 

parametrik göstəricilər Styudentin t-meyarı, qeyri-

parametrik göstəricilər isə Uilkokkson-Mann-Uitni 

metodu ilə müqayisə olunmuşdur. Nəticələr orta 

göstərici (±), standart orta xəta (M±m) şəklində 

ifadə edilmişdir. Kəskin fərqlənən rəqəmlər Fischer 

testi vasitəsilə seçilib kənarlaşdırılmışlar və p< 0,05 

olduqda nəticələr dürüst qəbul olunmuşdur (Mehta, 

Patel, 1997)

 

 



 

NƏTİCƏLƏR VƏ ONLARIN MÜZAKİRƏSİ 

 

Laborator diaqnostikada böyrəklərin 



zədələnməsinin  əsas markeri zülal mübadiləsinin 

son məhsullarının səviyyəsinin təyini hesab olunur. 

Tədqiqatın nəzarət qrupuna daxil olan şəxslərin 

qanında kreatininin və sidik cövhərinin qatılığı 

normal səviyyədə olmuşdur. 1-ci cədvəldən 

göründüyü kimi XBÇ olan xəstələrin daxil olduğu 

hər iki qrupda kreatininin və sidik cövhərinin 

səviyyəsi nəzarət qrupuna nisbətən  əhəmiyyətli 

dərəcədə yüksəlir. Belə ki, konservativ müalicə 

alan xəstələrdə kreatinin səviyyəsinin 7 dəfə, sidik 

cövhərinin isə 5,5 dəfə, hemodializdə olanlarda isə 

hər iki göstəricinin 4 dəfə artması müşahidə olunur.

 

Lakin konservativ müalicə alan xəstələrdə XBÇ-nin 



terminal mərhələsində dializ alanlara nisbətən 

hiperazotemiyanın daha yüksək səviyyəsi qeyd 

olunur, bu isə müntəzəm hemodalizin kreatinin və 

sidik cövhəri səviyyəsinin azalmasında müəyyən 

rolu olduğunu təsdiqləyir. 

 

 



Cədvəl 1. Xroniki böyrək çatışmazlığı olan xəstələrin 

qanında zülal mübadiləsinin son məhsullarının 

səviyyəsi (M± m) 

Göstəricilər 

Tədqiqat qrupları 

Nəzarət 


qrupu 

n=15 


Konservativ 

müalicə alan 

xəstələr n=16 

Hemodializdə 

olan xəstələr 

n=28 


Kreatinin 

mkmol/l 


88,4±2,9 638,9±83,5*  439,8±58,3* 

Sidik cövhəri, 

mmol/l 

5,2±0,25 28,9±1,65  24,5±1.4* 



*p<0,05 

 

Şəkildə XBÇ olan xəstələrdə LPO göstəriciləri 



olan DK və MDA səviyyələrinin müalicə 

taktikasından asılı olaraq dəyişməsi 

əks 

olunmuşdur. Göründüyü kimi həm konservativ 



müalicə alan, həm də hemodializdə olan xəstələrdə 

DK və MDA səviyyəsi nəzarət qrupuna nisbətən 

yüksək olmuşdur. Nəzarət grupu ilə müqaisədə 

konservativ müalicə alan xəstələrdə DK və MDA 

səviyyəsi 1,6 dəfə, hemodializ alan xəstələrdə isə 

DK səviyyəsi 2,2 dəfə, MDA isə 1,7dəfə yüksək 

olmuşdur.  

 

 



 

Şəkil.  Xroniki böyrək çatışmazlığı olan xəstələrin qan 

plazmasında lipid peroksidləşməsinin göstəriciləri. 

*p<0,05 nəzarət qrupu ilə müqayisədə  fərqin statistik 

dürüstlüyü 

 

Bu isə patoloji prosesin ağırlıq dərəcəsindən 



asılı olmayaraq XBÇ zamanı LPO sürətlənməsini 

Göyüşova və Quliyev

 

97 


göstərir. Qeyd etmək lazımdır ki, hemodializ 

prosedurası LPO məhsullarının səviyyəsinə  nəzərə 

çarpacaq dərəcədə təsir göstərmir. 

Tədqiqat qrupları üzrə antioksidant sistem 

göstəriciləri 2 saylı  cədvəldə  əks olunmuşdur. 

Cədvəldən göründüyü kimi XBÇ SOD və KAT 

aktivliyinin  əhəmiyyətli dərəcədə artması, QP 

aktivliyinin və GSH qatılığının isə azalması ilə 

müşayiət olunur. XBÇ zamanı yüksək SOD 

aktivliyini superoksid anion-radikalin artıq 

sintezinə  səbəb olan hipoksik və iltihabi prosesə 

qarşı kompensator-adaptasiya reaksiyası kimi 

qiymətləndirilə bilər. Hidrogen peroksid (H

2

O



2

KAT substratı  və SOD-un allosterik inhibitorudur. 



KAT aktivliyi hüceyrədə  Н

2

О



toplanmasını  və 

müvafiq olaraq SOD inhibisiyasını azaldır. 

Ədəbiyyat məlumatına görə LPO-nin zərərli 

məhsullarının təsirindən eritrositıərin membran 

strukturlarının pozulmasına qarşı cavab reaksiyası 

olaraq SOD aktivləşir və membranı daha dərin 

zədələnmələrdən qoruyur. Ola bilər ki, SOD 

aktivliyinin artması superoksid radikalların 

eliminasiyasını  təmin edən digər amillərin 

çatışmazlığını, məsələn, qaraciyər xəstələrində 

seruloplazmin və qlütation səviyyəsinin azalmasını 

kompensasiya edir (Блинова, 2000). Ümumiyyətlə, 

aparılan tədqiqat işlərinin nəticələrinə  əsasən SOD 

aktivlik səviyyəsinin artmasını oksidativ stress 

şəraitində eritrosit membranı tamlığının qorunması 

və reaktiv oksigen radikallarının azalmasına doğru 

yönəlmiş adaptiv reaksiya kimi qiymətləndirmək 

olar. 

 

Cədvəl 2. Xroniki böyrək çatışmazlığı olan xəstələrdə 



terapiyanın növündən asılı olaraq qanın antioksidant 

sisteminin əsas göstəriciləri 

Göstəricilər 

Tədqiqat qrupları 

Nəzarət 

qrupu 


n=15 

Konservativ 

müalicə alan 

xəstələr n=16 

Hemodializdə 

olan xəstələr 

n=28 

SOD BV/mqHb 



1,1±0.06 

1,38±0,12* 

1,46±0,12* 

KAT V/mqHb 

11,8±1,8 

17,6±3,5* 28,9±5,2* 

QP 

mkМ/dəq/гHb 



276,2±18,4 165,8±18,3*  182,4±12,6* 

GSH mkmol/ml  0,54±0,025  0,39±0,025* 0,46±0,01* 

*p<0.05 

 

Apardığımız tədqiqat nəticəsində XBÇ-nin 



terminal mərhələsində KAT aktivliyinin 

əhəmiyyətli dərəcədə yüksək olması 

müəyyənləşmişdir. Bir sıra müəlliflər bunun əksinə 

olaraq göstərirlər ki, XBÇ zamanı oksidativ stress 

hemodializ prosedurasının aparılmasından asılı 

deyil və  təkcə  sərbəst radikalların yaranmasının 

sürətlənməsi ilə deyil, həm də antioksidant sistem 

aktivliyinin nəzərə çarpacaq dərəcədə azalması ilə 

əlaqədardır (Morena, 2005). Ədəbiyyat 

məlumatlarında göstərilir ki, XBÇ olan xəstələrdə 

hemodializdən asılı olmayaraq qan plazmasında 

KAT, Cu və Zn-dən asılı SOD-un aktivliyi azalır 

(Григорьев,  Осиков, 2011). Müxtəlif müəlliflərin 

hemodializin sərbəst radikalların yaranması  və 

oksidləşmə proseslərinə təsiri barədə bir-birinə zidd 

olan bu nəticələri hemodializ prosedurasının 

aparılma  şəraiti, səviyyəsi və bir sıra müxtəlif 

amillərlə əlaqədar ola bilər (Блинова, 2000). 

GSH hidrogen-peroksidin zərərsizləşdirilməsi 

prosesində QP substratı olduğu üçün, onun 

çatışmazlığı QP aktivliyinin azalması ilə müşayiət 

olunur. XBÇ olan xəstələr üçün xarakterik olan 

metabolik asidoz da QP aktivliyinin azalmasına 

gətirib çıxara bilər. Böyrək patologiyaları zamanı 

GSH səviyyəsinin dəyişməsinə dair olan ədəbiyyat 

məlumatları bir-birinə ziddir. Belə ki, XBÇ zamanı 

J.M. Sawant və b. GSH səviyyəsində heç bir 

dəyişiklik aşkar etmədikləri halda (Sawant et al., 

2010) digər tədqiqatda qeyd olunur ki, 

hemodializdən sonra xəstələrdə GSH qatılığı 

əhəmiyyətli dərəcədə artır (Lucchi et al., 2005). 

Mohamed-Siael S. Alhamdani və b. isə öz 

tədqiqatlarında XBÇ olan xəstələrdə GSH 

səviyyəsinin azalmasını müəyyən etmişlər 

(Mohamed-Siael, Alhamdani, 2005; Lim et al., 

1999). Bu nəticələrə  əsasən qeyd etmək olar ki

XBÇ zamanı GSH səviyyəsinin dəyişməsi 

xəstələrin anioksidant statusunun indikatoru kimi 

özünü doğrultmur (Sawant et al., 2010). 

Yekun olaraq qeyd etmək olar ki, XBÇ zamanı 

LPO sistemində göstəricilər mualicədən asılı olaraq 

dəyişmir, antioksidant sistem göstəriciləri isə 

hemodializ aparılan xəstələrdə 

əhəmiyyətli 

dərəcədə yüksəlir ki, bunu da kompensator olaraq, 

orqanizmin müdafiə qabiliyyətinin mobilizasiyasi 

kimi qiymətləndirmək olar. Oksidativ stress XBÇ 

zamanı proqressivləşmənin ümumi patoloji 

mexanizmlərinin əsasında dayanır. 

XBÇ zamani orqanizmdə baş verən 

dəyişikliklərin  ətraflı oyrənilməsi mualicə  və 

profilaktika üsullarinin təkmilləşdirilməsinə  əsas 

verə bilər. Lakin oksidativ stressin patogenezinə 

dair bir çox məsələlər sonadək aydınlaşmayıb və bu 

sahədə geniş aspektli tədqiqatlaın aparılmasına 

ehtiyac var. 

 

 

ƏDƏBİYYAT 

 

Бикбов Б.Т., Томилина Н.А. (2009) Состояние 

заместительной  почечной  терапии  больных  с 

хронической  почечной  недостаточностью  в 

Российской  Федерации  в 1998-2007 гг. 

(Аналитический отчет по данным Российского 

регистра  заместительной  почечной  терапии). 



Ж.Нефрология и диализ, 11:144-233 

Antioksidant Sistemi Fermentlərinin Və Lipid 

98 


Блинова  Т.В.  (2000)  Влияние  гемодиализа  на 

антиокислительную  систему  эритроцитов  у 

людей 

с 

почечной 



недостаточностью. 

Афтореф.  дисс. … канд.  биол.  наук. 

Краснодар, 23 c. 



Гаврилова В.Б., Гаврилова А.Р., Хмара  Н.Ф. 

(1988)  Измерение  диеновых  конъюгатов  в 

плазме  крови  по  УФ – поглощению 

гептановых  и  изопропанольных  экстрактов. 



Лаб. дело, №2:60-64. 

Григорьев Т.А., Осиков М.В. (2011) Процессы 

свободно-радикального  окисления  и  роль 

эритропоэтина  в  их  коррекции  у  больных 

хронической  почечной  недостаточностью, 

находящихся  на  гемодиализе.  Современные 

проблемы науки и образования, №2:24-28. 

Гудим В.И., Сигалла П., Иванова B.C. (1980) 

Изучение  эффекта  уремической  сыворотки  ее 

фракций на стволовую клетку. Бюлл. эксперем. 

биологии и медицины, 86(5): 592-594. 

Дзугкоева Ф.С., Такоева Е.А., Можаева И.В. с 

соавт. (2011) Состояние  активности  про-  и 

антиоксидантной системы как факторов риска 

эндотелиальной 

дисфункции 

почечной 

недостаточности  у  больных  с  хроническими 

болезнями  почек.  Ж.  Успехи  современного 

естествознания, 12:38-39 

Дубинина  Е.Е.,  Сальникова  Л.А.,  Ефимова 

Л.Ф.  (1983)  Активность  и  изоферментный 

спектр  супероксиддисмутазы  эритроцитов  и 

плазмы крови человека. Лаб. дело, 10:30-33. 

Королюк М.А., Иванова Л.И., Майорова И.Г. 

(1988)  Методы  определения  активности 

каталазы. Лаб. дело, 1:16-19. 

Моин  В.М. (1986) Простой  и  специфический 

метод  определения  активности  глутатионпер-

оксидазы  в  эритроцитах.  Лаб.  дело,  12:724-

727. 


Осиков  М.В.,  Григорьев  М.В. (2011) Влияние 

эритропоэтина 

на 

тромбоцитарно-



лейкоцитарные  взаимодействия  и  экспрессию 

тромбоцитарных  гликопротеинов  у  больных  с 

терминальной  почечной  недостаточностью. 

Вестник  Уральской  медицинской  академичес-

кой науки, 2/1:56-57. 

Canesrtani F., Buoncristiani U., GalliF. (1995) 

Redox state, antioxidative activity and lipid 

peroxidation in erythrocytes and plasma of 

chronic ambulatory peritoneal dialysis patients. 



Clin. Chim. Acta, 234:127-136. 

Carluccio F., Siems W., Stefanelli G. et al. (2002) 

Homocysteine in chronic renal failure in relation 

to renal anemia and to oxidative stress parameters 

4-hydroxynonenal and malondialdehyde. Clin. 



Nephrol., 58(Suppl. 1):S26-S30. 

Ellman A.L. (1959) Tissue sulphhydryl groups. 

Arch. Biochem. Biophis., 82(1):48-51. 

Fridovich I., Handler P. (1961) Detection of free 

radical generated during enzymic oxidation by 

initiation sulfure oxidation. Ibid.236:1836-1840 

Haklar G, Yegenaga L, YalcinAS. (1995) 

Evaluation of oxidant stress in chronic 

hemodialysis patients: use of different parameters. 

Clin. Chim. Acta, 234:109-114. 

Jackson P., Loughrey С.М., Lightbody J.H. et 

al. (1995) Effect of hemodialysis on total 

antioxidant capacity and serum antioxidants in 

patients with chronic renal failure. Clin. Chem., 

41:1135-1138. 

Lim P.S., Wei Y.H., Yu Y.L., Kho B. (1999) 

Enhanced oxidative stress in hemodialysis 

patients receiving intravenous iron therapy. 

Nephrol. Dial. Transplant., 14:2680-2687. 

Lucchi L., Bergamini S., Iannone A., Perrone S., 

Stipo L., Olmeda F., Caruso F., Tomasi A., 

Albertazzi A. (2005) Erythrocyte susceptibility to 

oxidative stress in chronic renal failure patients 

under different substitutive treatments. Artif. 

Organs, 29(1):67-72. 

Mehta C.R., Patel N. R. (1997) Exact inference in 

categorical data. Biometrics, 53(1):112-117. 



Mimic-Oka J., Simic Т., Djukanovic L. et al. 

(1999) Alteration in plasma antioxidant capacity 

in various degrees of chronic renal failure. Clin. 

Nephrol., 51:233-241. 

Mohamed-Siael S. Alhamdani. (2005) 

Impairment of glutathione biosynthetic pathway 

in uraemic and dialysis. Nephrol. Dial. 

Transplant., 20(1):124-128. 

Morena M. Delbosc S., Dupuy A.M.et al. (2005) 

Overproduction of reactive oxygen species in end-

stage renal disease patients: a potential component 

of hemodialysis-associated inflammation. 



Hemodial. Int., 9(1):37-46. 

Nenov D., Paskalev D., Yankova Т., Tchankova 

T. (1995) Lipid peroxi-dation and vitamin E in 

red blood cells and plasma in hemodialysis 

patients under rhEPO treatment. Artif. Organs., 

19:436-439. 

Osakava  Т., Matshushita S. (1980) Coloring 

conditions of thiobarbituric acid test foe detection 

lipid peroxides. Lipids, 15(3):137-140. 

Sawant J.M., Nair S., Redkar  N.N.  (2010) 

Oxidative stress and serum paraoxonase activity 

in patients on maintenance hemodialysis. The 

Internet Journal of Nephrology,  6(1):  DOI 

10.5580/8cf. 



 

 

 

Göyüşova və Quliyev

 

99 


 

 

Роль Ферментов Антиоксидантной Системы И Перекисного Окисления Липидов При 

Прогрессировании Хронической Почечной Недостаточности 

 

Р.Р. Гоюшова

1

, М.Р. Кулиев

2

 

 

1

 Бакинский государственный университет 

2

 Азербайджанский медицинский университет 

 

 

В  данной  работе  были  изучены  активность  антиоксидантной  системы  (АОС)  и  интенсивность 



процессов перекисного окисления липидов (ПОЛ) в зависимости от стадии патологического процесса 

у больных с хронической почечной недостаточностью (ХПН). Выяснено, что гемодиализ не влияет на 

уровень  продуктов  ПОЛ.  Повышение  показателей  АОС  супероксиддисмутазы  (СОД)  и  каталазы 

(КАТ)  у  больных,  находящихся  на  гемодиализе,  можно  оценивать  как  временное  повышение 

защитных  возможностей  организма.  Метаболический  ацидоз,  характерный  для  ХПН,  может  быть 

причиной снижения активности ГП. Снижение уровня восстановленного глутатиона (GSH) связано с 

интенсивностью процессов ПОЛ и уменьшением активности ГП. 

 

 

 

The Role Of Enzims Of Antioxidant System And Lipid Peroxidation 

In The Progression Of Chronic Renal Failure 

 

R.R. Goyushova

1

, M.R. Quliyev

2

 

 

1

 Baku State University 



Azerbaijan Medical University 

 

 

This study investigated the changes in antioxidant system (AOS) and lipid peroxidation (LP) activity 



depending on the stage of pathologic processes in patients with chronic renal insufficiency (CRI). It was 

determined that hemodialysis does not effect on the levels of LPO products. We estimated the elevation of 

AOS parameters - superoxide dismutase (SOD) and catalase (CAT) in patients with hemodialysis as the 

might be accepted as improved compensatory abilities of the organism. Low activity of glutathione 

peroxidase (GP) might be in the result of metabolic acidosis in patients with CRI. Decreased concentration of 

reduced GSH might be connected with activation of LP and inhibition of GP activity.     



 

Yüklə 79,53 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin