Azərbaycan respublikasi təHSİl naziRLİYİ baki döVLƏt universiteti A.Ş.İbrahiMov, Z. A. abdulova, L. N. mehdiyeva mikologiya (dərslik)


 Qlikoliz prosesi (karbohidratların çevrilməsinin Em-



Yüklə 1,94 Mb.
səhifə36/244
tarix28.12.2021
ölçüsü1,94 Mb.
#10797
növüDərs
1   ...   32   33   34   35   36   37   38   39   ...   244
 

3.1.3. Qlikoliz prosesi (karbohidratların çevrilməsinin Em-

den – Meyerhof – Parnas yolu). Anaerob oksidləşmə 

Qlikoliz prosesinin öyrənilməsində, xüsusilə mühüm rol 

 

  oynayan tədqiqatçılardan Emden, Meyerhofun və Parnasın 



xidmətlərini nəzərə alaraq, çox hallarda qlikolizi Emden – 

Meyerhof – Parnas yolu da adlandırırlar. Müəyyən edilmişdir 

ki, qıcqırma zamanı anaerob parçalanmaya, heksozanın sərbəst 

molekulu deyil, onun əvvəlcədən  əmələ  gəlmiş fosfor efiri 

məruz qalır. 

Tənəffüsün anaerob mərhələsinin  əhəmiyyəti ondadır ki, bu-

rada heksoza molekulunun kimyəvi cəhətdən  ətalətliyi aradan 

qaldırılır və o, fəal hala düşür. Fəallaşma prosesi tədricən həyata 

keçirilir və bir sıra ardıcıl mərhələlərdən ibarət olur. Bu mərhələlər 

müvafiq fermentlər tərəfindən kataliz edilir. 

Göbələklərin  əksəriyyətində karbonun metabolizmi ümumi 

sxem üzrə gedir və bu baxımdan digər orqanizmlərdəkinə, hətta 

heyvanlardakına da oxşayır. Bu cür mübadilənin ilk dövrləri 

maya göbələklərində daha ətraflı öyrənilmişdir və bunu aşağı-

dakı ardıcıllıqla ifadə etmək olar.  

1. Bu mərhələdə qlükoza molekulunun reaksiyaya girmək 

qabiliyyətinin artması, onun fosfor efirinin əmələ  gəlməsi ilə 

əlaqədardır. Bu proses, heksokinaza fermenti vasitəsilə kataliz 

olunur. 

                                                           

 

 

 



 

            qlükoza                                              qlükoza-6-fosfat 

 

Bu reaksiyada fosfor turşusu mənbəyini ATP təşkil edir. 



Özünün fosfat qruplarından birini qlükozaya verərək ATP

ADP-yə çevrilir, qlükozadakı fosfor qrupu isə hidroksil qrupu 

ilə 6-cı karbon atomunda efir rabitəsini əmələ gətirir (Robinson 

efiri). 


2. Qlükoza-6-fosfat və ya Robinson efiri, sonradan frukto-

furonaza-6-fosfata çevrilir. 

 



 

 

   



 

 

 




Yüklə 1,94 Mb.

Dostları ilə paylaş:
1   ...   32   33   34   35   36   37   38   39   ...   244




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin