«vanna»
Homopolisaxaridlərin nümayəndələrindən biri də qliko-
gendir. Bu polisaxarid heyvan və göbələk orqanizmində ehtiyat
maddə kimi toplanır. Belə ki, qidada karbohidratların miqdarı
artdıqca orqanizmdə qlükoza çoxalır və qlikogenə çevrilib pro-
toplazmada xırda hissəciklər halında müşahidə olunur. Kisəli
göbələklərin cavan kisələrinin protoplazmasında qlikogen
dənəcikləri, lipid topalarını xatırladır və onlar kimi proto-
plazmaya parlaq şüşəyəbənzər görkəm verir. Protoplazmada
qlikogenin olmasını, göbələk hüceyrələrinə yod məhlulu ilə
təsir etdikdə qırmızı-qonur rəngin alınmasına görə aşkar etmək
mümkündür. Hüceyrənin vakuoluna düşmüş qlikogen, adətən
orada kolloid məhlulu kimi olur və yodun təsiri ilə asanlıqla
müəyyən edilir.
Qeyd etmək lazımdır ki, polimerlərin xassələri, ümumiy-
yətlə, onları təşkil edən monomerlər arasındakı rabitə tipindən
asılıdır. Bunu aşağıdakı kimi ifadə etmək olar.
Dostları ilə paylaş: |