Fəsil 1 Elm və Elmi Tədqiqat Giriş



Yüklə 137,77 Kb.
Pdf görüntüsü
səhifə1/7
tarix02.01.2022
ölçüsü137,77 Kb.
#37740
  1   2   3   4   5   6   7
ASEU TEACHERFILE WEB 2174931957323942799.pdf 1572530007



 

Fəsil 1 



Elm və Elmi Tədqiqat 

Giriş 

Elm,  latınca  bilmək  kökündən  (scire)  törəmiş  və  bilinən  şey  (scientia)  ya  da 

məlumat mənasını verən bir sözdür. Müasir mənada elm, XVI-XVII əsrlərdə Qərb 

dünyasında  meydana  gələn  əhəmiyyətli  ictimai  və  siyasi  dəyişikliklər  nəticəsində 

təbiəti  və  cəmiyyəti  anlamaqda  və  izah  etməkdə  dinin  yerini  tutan  düşüncə  tərzi 

olaraq  meydana  çıxmışdır.  Elmi  fəaliyyət  illərlə  fəlsəfə  ilə  əlaqələndirildi.  Elm 

sözü  ilk  dəfə 1830-cu  illərdə  fizikçi  və  elm  tarixçisi  William  Whewell  tərəfindən 

istifadə edilmişdir. Ondan əvvəl elm adamları "təbiət filosofları" hesab olunurdu. 

Müasir  cəmiyyətlərin  ən  etibarlı  qurumlarından  biri  olan  elm,  hər  şeydən  əvvəl 

sistematik bir məlumat toplusudur. Bu məlumatlar məntiqi və faktiki olaraq bir-biri 

ilə əlaqəli olmaqla,  bütövlük təşkil etməkdədir. Burada əsas məsələ, hər bir bilik 

sahəsinin  bir  elm  olmadığını  nəzərə  almaq  lazımdır.  Beləliklə,  cavab  verməli 

olduğumuz ilk sual bilik nədir. 

Şüurlu və ağıllı bir varlıq olan bir insan, əlindəki müxtəlif məlumatları və dünyada 

rastlaşdığı  obyektlər  haqqında    bilmək  istəyir.    Bu  cisimlər  və  insan  arasında 

qarşılıqlı  təsir  prosesi  nəticəsində  yaranan  məhsula  bilik  deyilir.  Bu  mənada  elm, 

fəlsəfə,  ədəbiyyat,  sənət,  din  bir  növ  bilikdir.  Məsələn,  ildırım  çaxması  anında 

hisslərimizlə  hər  hansı  bir  şeir  yazmaq  mümkündür.    Ancaq,  ildırımın  çaxmasını 

elmi  olaraq  başa  düşmək  və  izah  etmək  istəyiriksə,  bunun  nə  olduğunu  müəyyən 

edən  anlayışlardan  istifadə  etməliyik.  Şimşək  haqqında  məlumat  toplanıla    və 

müşahidələr  edə  bilərik.  Şimşəkdən  əvvəl  və  sonra  baş  verən  dəyişiklikləri 

müəyyənləşdiririk  və  bu  əsasda  ildırımları  təsnif  edə  bilərik.  Elmi  biliyi  sehr, 

falçılıq,  din,  ədəbiyyat  və  incəsənət  kimi  digər  bilik  növlərindən  fərqləndirən  ən 

vacib meyar elmin mövzusunun empirik və obyektiv gerçək olmasıdır. Empirizm, 

bilik mövzusunu təşkil edən hadisələrin və ya obyektlərin müşahidə edilə bilməsi 

deməkdir. 




 

Elmi  yanaşma  ilə  insanların  gündəlik  həyatlarında  müraciət  etdiyi  praktik  ağıl 



arasında da möhkəm bir əlaqə vardır. Məsələn, iqtisadi böhranın bir nəticəsi olaraq 

işçilərin  işdən  çıxarılması  kimi  bir  hadisəyə  elmi  yanaşmaqla,  anlayışlar  inkişaf 

etdirib, şərhlər ortaya qoymaq mümkün müdir? Belə bir hadisəni, biznes sahibləri, 

menecerləri, jurnalistlər və işçilər öz baxışlarına uyğun olaraq izah etməyə və şərh 

etməyə çalışacaqlar.  

Bununla  birlikdə  elmi  biliklə  gündəlik  praktik  bilik  arasında  üç  əsas  fərq 

mövcuddur. 


Yüklə 137,77 Kb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin