Fəsil 1 Elm və Elmi Tədqiqat Giriş


Pozitivist Elmi Yanaşma ve Tənqidi



Yüklə 137,77 Kb.
Pdf görüntüsü
səhifə3/7
tarix02.01.2022
ölçüsü137,77 Kb.
#37740
1   2   3   4   5   6   7
ASEU TEACHERFILE WEB 2174931957323942799.pdf 1572530007

Pozitivist Elmi Yanaşma ve Tənqidi 

XV  əsrə  aid  olan  pozitivist  yanaşmanın  məqsədi  metafizikanı  insan  biliklərindən 

kənarlaşdırmaq  və  eksperimental  biliklərin  gücünü  artırmaq  idi.  Qalileonun  17-ci 

əsrdə ölçülə bilən və obyektiv şəkildə müşahidə olunan hadisələri və onların ədədi 

(kəmiyyət)  izahları  pozitivist  anlayışı  gücləndirdi.  17.  və  18.  əsrlərdə  Avropada 

ortaya çıxan Maarifçilik dövrü ilə birlikdə ağıl çağı başlamışdır. Maarifçilik dövrü, 

ağlın  və  məntiqin  suveren  olduğu  bir  dünya  yaratmağı  qarşısına  məqsəd 

qoymuşdur.  Həqiqətin  ağıl  və  məntiqlə  tapıla  biləcəyinə  və  bunun  insanı  azad 

edəcəyinə  inanılmışdır.  Maarifçilik,  insan  xoşbəxtliyinin  ağılın  ictimai  və  təbii 

nizama  tətbiq  olunmasıyla  əldə  edə  biləcəyi  fərziyyəsinə  əsaslanırdı.  Nyuton 

mexanikasına  əsaslanan  bu  anlayışda  kainatın  bir  saat  kimi  işlədiyi  düşünülürdü. 

Kainat mexaniki bir saat işi olsaydı, kainatın gələcəyini proqnozlaşdırmaq olardı. 

Pozitivizmə  görə  bizim  xaricimizdə  sosial  bir  dünya  vardır  və  buna  aid 

xüsusiyyətlər obyektiv üsullar istifadə edilərək ölçülməlidir. Burada həqiqət xarici 

və obyektiv xarakter daşımaqdadır.  Bu xarici reallığın müşahidələrinə əsaslanıbsa, 

bilik  həqiqi  bilikdir.  Pozitivist  elm  anlayışının  söykəndiyi  əsas  fərziyyələr 

bunlardır: 

  Elmi tərəqqi kumulyativdir 

  Elmi bilik yeganə qanuni bilikdir. Metafizik iddialar, dəyər mühakimələri və 

baxışlar  qanuni  məlumat  deyil.  Empirik  məlumatların  tərtibində  və 




 

qiymətləndirilməsində, 



nəzəriyyələrin 

formalaşmasında 

normativ 

perspektivlər,  dəyər  mühakimələri,  əqidələr  və  şəxsi  düşüncələr  üçün  yer 

yoxdur. 

  Qanuni  biliklərə  yalnız  məntiq  və  riyaziyyatdan  istifadə  edərək  təbiət 

elmərinin  üsulları  ilə  nail  olmaq  mümkündür.  Faktların  kəmiyyət 

ölçülməsinə imkan verən konsepsiyalar funksional hala gətirilməlidir. 

  Elmin  məqsədi səbəb-nəticə əlaqələrini aşkar etmək və qanunauyğunluqları 

izah edən qanunlar təqdim etməkdir. 

Pozitivizmin  əsas  məqsədi  elmi  fəlsəfi  spekülasyondan  qurtarmaqdır.  Fəlsəfə 

cavabı konkret olmayan, insanlar nə üçün doğular, ədalət nədir kimi suallara cavab 

axtarır.  Elm  isə  cavabı  konkret  olan  suallara  cavab  axtarır.  Bu  baxımdan 


Yüklə 137,77 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin