6
Bir düzgün metod yoxdur.
Elmi fəaliyyət metafizik əsaslara söykənə bilər.
Beləliklə, bir elmi nəzəriyyənin əsas fərziyyələri empirik şəkildə sınanmaya
bilər.
Sosial Elmlər
18-19-cu əsrlərdə yaranmış və inkişaf etdirilən ictimai elmlər elmi status
qazanmağı, cəmiyyətdə və insan həyatında praktik rol oynamağı hədəfləyir. Sosial
elm adamlarının qabaqcılları arasında sayılan Fransız Sent-Simon, təbii dünyanın
elmləri kimi bir "ictimai elm" qurmaq arzusunda idi. Bu elm sosial aləmdəki
hadisələri tənzimləmək və nəzarət etmək üçün istifadə ediləcəkdi. Saint Simon`un
bu fikirləri bir başqa Fransız mütəfəkkir Augoste Comte tərəfindən daha da inkişaf
etdildi. Comte görə, ictimai elmlər təbiət elmlərinin metodlarından istifadə
etməlidir. Göründüyü kimi, ictimai elmlər inkişafa başlayanda bu sahədə çalışanlar
özlərini təməl elmlərin yuxarıda daha əvvəl toxunduğumuz pozitivist
paradigmasına kaptırmışlardı.
Metodla bağlı ictimai elmlərdə rast gəlinən ən vacib problem həm araşdırılan
qurumun, həm də əməlləri araşdıran şəxsin insan olmasıdır. Bu da tədqiqatçının
obyektivliyi sualını doğurur.
Əsas elmlər təbii dünyadakı hadisələrin səbəblərini müəyyənləşdirərək
ümumiləşdirməyə çalışsa da, ictimai elmlər sosial aləmdə hadisələrin mənasını və
əhəmiyyətini izah etməyə çalışırlar. Başqa sözlə, tədqiqatçı öz qərəzli fikirlərinin
və düşüncələrinin araşdırmasına təsir göstərməsinə imkan verməməyə çalışmalıdır.
Ümumi bir anlayışa görə, təbiət elmləri araşdırdıqları həqiqətləri izah etməyə
çalışsa da, ictimai elmlər başa düşməyə çalışırlar. İctimai elmlər sistemli şəkildə
ümumiləşdirməyə, təkliflərini sınaqdan keçirməyə və ifadələrini dəlillərə
əsaslanmağa çalışır.