Şəkil 67. Septoria: A – piknida; B – konidilər.
Piknidililər fəsiləsinin ən geniş yayılmış cinslərindən biri
septoriyadır (Septoria). Bu cinsin piknidisi kürəvi və ya üstdən
basıq, piknosporları isə çubuq və telşəkilli olub, bir neçə
arakəsməlidir. Bəzi növlərində kisə dövrü məlumdur. Bu cinsin
taxıllar üzərində parazit yaşayan nümayəndəsi S.graminis-dir. Bu
göbələyin digər növləri başqa bitkilər üzərində parazit yaşayır.
Fillostikta (Phyllostikta) cinsinin nümayəndələri başlıca olaraq
yarpaqlarda parazitlik edirlər. Məsələn, alma yarpağında, ga-
valıda, tütündə ləkələr əmələ gəlir.
Fəsilənin geniş yayılmış cinslərindən biri Ascochyta cin-
sidir. Bu cins də mədəni və yabanı bitkilər üzərində parazit
yaşayır. Bu göbələyin konidisi düz, bəzən isə nisbətən əyilmiş
olur. Konididə eninə bir neçə arakəsmə olur. Onun A.pisi növü
noxud bitkisində ən çox ziyan vuran göbələkdir.
Fəsilənin saprotrof cinslərinə misal Fomanı (Phoma)
göstərmək olar. Bu göbələk qurumuş budaq üzərində xırda
piknidilər əmələ gətirir. Konidiləri təkhüceyrəlidir.
Yuxarıda qeyd olunan bu cinsli bəzi göbələklər Abşeron
şəraitində zeytun bitkisinin yaşıl orqanları üzərində parazit həyat
tərzi keçirməsi müəyyən edilmişdir (A.Ş.İbrahimov, 1988).
Dostları ilə paylaş: |