uyğundur. Lakin özünəməxsus əlamətləri olduğu üçün o, yo-
müəllifidir.
N.Ə.Mehdiyeva (1970) yırtıcı nematofaq göbələklərin
öyrənilməsi sahəsində dünyada tanınmış mütəxəssisdir. O, bu
göbələklərin ilk təyinedicisinin müəllifidir.
H.F.İbrahimov (1950) Respublikamızda qoz meyvəlilərin
xəstəliklərini tədqiq etmiş və onlara qarşı mübarizə tədbirlərini
vermişdir. O, bu sahədə bir neçə monoqrafiyaların müəllifidir.
Bu sahədə çalışan Z.Ə.Əhmədzadə (1955) bütün mənalı öm-
rünü parazit göbələklərin tədqiqinə və öyrənilməsinə həsr et-
mişdir.
H.S.Qasımova (1940) Azərbaycanın bir sıra regionlarında
penisillium göbələyinin yayılmasını, təsnifatını və antibiotik
sintez etmək qabiliyyətini tədqiq etmiş və öyrənmişdir.
X.Q.Qənbərov (1990) ağacçürüdən qov göbələklərinin
ekoloji, fizioloji və biokimyəvi xassələrinin öyrənilməsi ilə
məşğul olmuş, bu göbələklər arasında çoxlu elmi ixtiralar et-
mişdir. O, bu göbələklərin mikosenozdakı mövqeyinin bio-
kimyəvi əsaslarını üzə çıxarmış və onlardan biotexnologiyanın
müxtəlif sahələrində, kənd təsərrüfatında istifadə oluna biləcək
yolları göstərmişdir.
Z.A.Abdulova (1975-1980) ilk dəfə Azərbaycanın bir sıra
bölgələrinin müxtəlif torpaqlarında maya göbələklərinin yayıl-
masını, növ tərkibini, morfoloji və biokimyəvi xüsusiyyətlətini
öyrənmişdir.
B.B.Eyyubov (1983) müxtəlif tərəvəz-bostan və kartof
bitkilərinin və onların toxumlarında xəstəlik törədən
göbələklərin növ tərkibini, bioloji-ekoloji xüsusiyyətlərini, bu
göbələklərin Azərbaycanın ayrı-ayrı zonalarında yayılma xüsu-
siyyətlərini öyrənməklə məşğul olur.
Son illər Azərbaycan mikoloqlarının yeni simalarından
biri də İ.Cəfərovdur (1990 ). O, bütün mənalı ömrünü Azərbay-
canda çəyirdəkli meyvə bitkilərinin mikobiotasının tədqiqi və
öyrənilməsinə həsr etmişdir.
Dostları ilə paylaş: