Azərbaycan respublikasi təHSİl naziRLİYİ baki döVLƏt universiteti A.Ş.İbrahiMov, Z. A. abdulova, L. N. mehdiyeva mikologiya (dərslik)


GÖBƏLƏKLƏRİN TƏSƏRRÜFATDA ƏHƏMİYYƏTİ



Yüklə 1,94 Mb.
səhifə236/244
tarix28.12.2021
ölçüsü1,94 Mb.
#10797
növüDərs
1   ...   232   233   234   235   236   237   238   239   ...   244
GÖBƏLƏKLƏRİN TƏSƏRRÜFATDA ƏHƏMİYYƏTİ 

 

Təbiətdə geniş yayılmış göbələklərin böyük təsərrüfat 



əhəmiyyəti vardır. Onlar üzvi maddələrin parçalanmasında işti-

rak edir, bitkilər və heyvanlarda yoluxucu xəstəliklər  əmələ 

gətirir. Torpaqda olan mikroskopik göbələklər bakteriyalarla 

birlikdə üzvi maddələri mineral maddələrə qədər parçalayır və 

bununla torpağın məhsuldarlığının artırılmana kömək edir. 

Meşə torpaqları üzərinə tökülmüş müxtəlif bitki qalıqları, ağac 

gövdələri, budaqlar, yarpaqlar və i.a. çoxlu miqdarda olan 

askomisetlər və qov göbələkləri tərəfindən parçalanır. Tikinti 

və s. işlədilən taxta-şalban materiallarını, dəmiryol  şpallarını, 

teleqraf dirəklərini, körpünün taxta hissəsini müxtəlif növ 

göbələklər çürüdürlər. 

Çox vaxt mənzillərdə istifadə olunan ağacların çürüməsi 

nəzərə çarpır.  İnşaat  şəraitinə daha uyğunlaşmış xüsusi ev gö-

bələklərinin fəaliyyəti nəticəsində ağacda destruktiv parçalanma 

baş verir, yəni onun hüceyrələrinin sellüloz hissəsi parçalanır. 

Ağacın rəngi tündləşir, o quruyarkən möhkəmliyini itirir və az 

təzyiq nəticəsində toz kimi hissəciklərə parçalanır. Ev 

göbələkləri, ümumiyyətlə, rütubəti 28%-dən  60%-ə kimi olan 




 

  ağacları asanlıqla çürüdür. Belə şəraitdə onlar 7 il müddətində 

müxtəlif örtüklərin dirəklərini tamamilə çürüdə bilirlər. Ev 

göbələklərinə qarşı mübarizə üçün tikintidə ancaq rütubəti 20%-

dən yüksək olmayan oduncaqdan istifadə edilməlidir. 

Göbələklər yoluxucu bitki xəstəliklərinin  əmələ 

gəlməsində  fəal iştirak edirlər. Taxıl bitkilərinin sürmə  və pas 

xəstəlikləri, kartofun fitiftoriozu, üzümün mildyusu, müxtəlif 

meyvə çürümələri, alma və armudun dəmgil xəstəlikləri və i.a. 

bunlara misaldır. Mədəni bitkilərdə  xəstəlik törədən 

göbələklərin təsirindən onların məhsuldarlığı xeyli azalır. 

Göbələklər eyni zamanda heyvanlarda da müxtəlif xəs-

təliklər törədir. Məsələn, entomoftorales sırasının nümayən-

dələri həşaratlarda, mukor və aspergillus növləri quşlarda

xüsusilə quşların bronx və ciyərlərində xəstəliklər və insanlarda 

dermatomikoz adlı dəri xəstəlikləri də törədirlər. 

Buynuzlu heyvanlarda və nadir hallarda insanlarda akti-

nomikoz xəstəliyini göbələklər törədir. Digər tərəfdən böyük 

qida  əhəmiyyəti olan göbələk də  məlumdur. Buraya, xüsusilə 

bazidiomisetlərin  ətli və  şirəli meyvə cisimləri olan papaqlı 

göbələklər daxildir. Belə göbələklərə  əksəriyyətlə meşə tor-

paqlarında təsadüf olunur. Onlar ağac bitkiləri ilə mikoriza 

əmələ  gətirir. Mikoriza əmələ  gətirməyərək, xüsusi 

şüşəbəndlərdə becərilən şampinion göbələyi də buraya daxildir. 

Kisəli göbələklərdən isə donbalan göbələklərinin və yalançı 

donbalanın qida əhəmiyyəti vardır. Göbələyin quru çəkisinin 30 

– 40%-ni karbohidratlar (şəkər, qlikogen və b.),  1-2% isə 

yağlar təşkil edir. Onları bəzən ətlə bərabər və daha artıq qida 

əhəmiyyəti olan məhsul hesab edirlər. 

Göbələklərin zəhərli nümayəndələri də məlumdur. Bunlar 

xarici quruluşca yeməli göbələklərə xeyli bənzədiyi üçün bəzən 

səhvən yeyildikdə ağır və hətta ölümlə nəticələnən zəhərlənmə 

verir. Çovdar mahmızı da zəhərli göbələklərdəndir. Onun skle-

rotsisinin tərkibində bir neçə  zəhərli azotlu birləşmələr vardır. 

Göbələyin çoxlu sklerotsisi unun tərkibinə qarışdıqda  şiddətli 

 

  zəhərlənməyə  səbəb olur, lakin onun az faizli məhlulu 



təbabətdə qanaxmanı saxlayan dərman kimi işlədilir. 

Taxıl bitkiləri üzərində inkişaf edən fuzarium cinsinin 

bəzi növləri “sərxoş çörək” adlanan zəhərlənmə verir. Xəstəliyə 

tutulmuş  dəndən hazırlanmış çörək yeyildikdə spirtli içkilərin 

təsirindən  əmələ  gələn sərxoşluq  əlamətini xatırladan 

zəhərlənmə müşahidə olunur. 




Yüklə 1,94 Mb.

Dostları ilə paylaş:
1   ...   232   233   234   235   236   237   238   239   ...   244




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin