Obliqat parazit göbələklər – bu göbələklər yalnız yaşıl
bitki orqanları üzərində yaşayırlar. Yaşıl bitkini məhv etdikdən
sonra sakitlik dövrünü yaşayırlar.
Göbələklərin böyük qrupu ksilotroflardır. Bu
göbələklərdə elə güclü fermentlər vardır ki, onların köməyilə
irigövdəli bitkilərin gövdələrini parçalayıb dağıdırlar. Həqiqi və
yaxud obliqat parazitlər təbiətdə yalnız canlı bitkilər üzərində
yaşayırlar.
Göbələklərin ekoloji-trofik qruplaşmaları bu gün də da-
vam edir. İnsanda yeni həyat fəaliyyətinin əmələ gəlməsi
nəticəsində (şüşə, plastmas, kağız, mürəkkəb sənaye və neft
məhsulları) göbələklərdə də yeni uyğunlaşmalar əmələ gəlir.
Bir sözlə yeni ekoloji-trofik, yeni ekoloji qruplar əmələ gəlir.
Odur ki, adını çəkdiyimiz bu materiallara göbələklər böyük zi-
yan vururlar. Hətta bir qrup göbələklər adını çəkdiyimiz
məhsulları tamamilə xarab edib, yararsız hala salaraq istifadə
üçün lazımsız edirlər.
Dostları ilə paylaş: |