–Gloesporium.
Konidilər dəyirmi, yumurta, silindrik və oraq formasında
olurlar. Kolletotrixumun bir sıra növlərində lojada çəhrayı
rəngli uzun tükcüklər əmələ gəlir. Qleosporiumda isə belə
tükcüklər olmur, əvvəllər bu əlamətə görə cinsləri bir-birindən
fərqləndiriblər. Lakin sonradan məlum olub ki, bu nişanə əsas
sayıla bilməz. Müəyyənləşdirilmişdir ki, bu iki cins kisə
dövrünə görə bir-birindən fərqlənirlər.
Qleosporium və kolletotrixum cinsləri üzüm, quşüzümü,
sitrus bitkiləri və habelə paxlalılar fəsiləsinə aid olan bitkilərdə
antroknoz xəstəliyi törədir.
Dostları ilə paylaş: