Azərbaycan respublikasi təHSİl naziRLİYİ baki döVLƏt universiteti A.Ş.İbrahiMov, Z. A. abdulova, L. N. mehdiyeva mikologiya (dərslik)



Yüklə 1,94 Mb.
səhifə229/244
tarix28.12.2021
ölçüsü1,94 Mb.
#10797
növüDərs
1   ...   225   226   227   228   229   230   231   232   ...   244
Şəkil 67. Septoria: A – piknida; B – konidilər. 

 

Piknidililər fəsiləsinin  ən geniş yayılmış cinslərindən biri 



septoriyadır (Septoria). Bu cinsin piknidisi kürəvi və ya üstdən 

basıq, piknosporları isə çubuq və telşəkilli olub, bir neçə 

arakəsməlidir. Bəzi növlərində kisə dövrü məlumdur. Bu cinsin 

taxıllar üzərində parazit yaşayan nümayəndəsi S.graminis-dir. Bu 

göbələyin digər növləri başqa bitkilər üzərində parazit yaşayır. 

Fillostikta (Phyllostikta) cinsinin nümayəndələri başlıca olaraq 

yarpaqlarda parazitlik edirlər. Məsələn, alma yarpağında, ga-

valıda, tütündə ləkələr əmələ gəlir. 

Fəsilənin geniş yayılmış cinslərindən biri Ascochyta  cin-

sidir. Bu cins də  mədəni və yabanı bitkilər üzərində parazit 

yaşayır. Bu göbələyin konidisi düz, bəzən isə nisbətən əyilmiş 

olur. Konididə eninə bir neçə arakəsmə olur. Onun  A.pisi növü 

noxud bitkisində ən çox ziyan vuran göbələkdir. 

Fəsilənin saprotrof cinslərinə misal Fomanı (Phoma) 

göstərmək olar. Bu göbələk qurumuş budaq üzərində  xırda 



 

  piknidilər əmələ gətirir. Konidiləri təkhüceyrəlidir. 

Yuxarıda qeyd olunan bu cinsli bəzi göbələklər Abşeron 

şəraitində zeytun bitkisinin yaşıl orqanları üzərində parazit həyat 

tərzi keçirməsi müəyyən edilmişdir (A.Ş.İbrahimov, 1988). 


Yüklə 1,94 Mb.

Dostları ilə paylaş:
1   ...   225   226   227   228   229   230   231   232   ...   244




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin