Azərbaycan respublikasi təHSİl naziRLİYİ baki döVLƏt universiteti A.Ş.İbrahiMov, Z. A. abdulova, L. N. mehdiyeva mikologiya (dərslik)


Hifomisetlər sinfi – Hyphomycetes



Yüklə 1,94 Mb.
səhifə223/244
tarix28.12.2021
ölçüsü1,94 Mb.
#10797
növüDərs
1   ...   219   220   221   222   223   224   225   226   ...   244
Hifomisetlər sinfi – Hyphomycetes 

 

Bu sinfin nümayəndələrində konididaşıyanlar mitseli 

üzərində tək-tək və qrup halında toplanır. 

 

Hifomisetlər sırası – Hyphomecetales 

Qeyri-müəyyən göbələklərin bu sırasında mitseli üzərində 

konididaşıyanlar tək-tək otururlar. Konididaşıyanların 

nəhayətində tək və çoxhüceyrəli konidilər oturur. 

              

Mutsedinalar fəsiləsi – Mucedinaceae 

 

Bu fəsilədə mitseli üzərində konididaşıyanlar tək-tək 

oturmaları ilə xarakterizə olunurlar. Bura aid nümayəndələr 

rəngsiz olurlar. Bu fəsilənin ən geniş yayılmış cinslərindən biri 

Ovulariadır. Cinsin mitseliləri endofitdir, bitkilərin toxumaları 

daxilinə keçə bilirlər. Konididaşıyanları sadədir, nəhayətlərində 

təkhüceyrəli konidilər oturur. Konidilər müxtəlif formalı  və 

rəngsiz olurlar. 

Bura aid olan yırtıcı göbələklər N.Ə.Mehdiyeva 

tərəfindən (1955 – 1990) hərtərəfli öyrənilmişdir. 

Fəsilənin geniş yayılmış cinslərindən biri Penicilliumdur. 

Bu cins H.S.Qasımova (1945 – 1950) tərəfindən  ətraflı öy-

rənilmişdir. 

Penisillium cinsinin konididaşıyanları çoxhüceyrəlidir. 

Konididaşıyanlar mitseli üzərində 

tək-tək, bir sıra 

 

  nümayəndələri isə mitseli üzərində koremiya əmələ gətirir. O, 



uc hissəsilə bir neçə  dəfə budaqlanır və budaqların nəhayəti 

steriqmalar əmələ gətirir. Göbələyin konididaşıyanının nəhayəti 

əl ayasına bənzər forma alır. Steriqmalar üzərində bazipetal 

konidi zənciri əmələ gəlir. Penisillium cinsinin bəzi növlərində 

kisə dövrü məlum olduğuna görə  həmin növlər kisəli 

göbələklər sinfinə aid edilir. Lakin bu cinsin bir çox növlərində 

kisə dövrü məlum olmadığına görə qeyri-müəyyən göbələkləri 

hifomisetlər sırasına aid edirlər. 

Penisillium cinsinin bəzi növləri sitrus bitkilərinin mey-

vələrini cürüdür. Respublikamızda nar meyvəsini cürüdən və 

ona böyük ziyan vuran göbələklərdən biri də penisilliumdur, 

həmin göbələk təsirindən nar meyvəsi keyfiyyətsiz və yararsız 

hala düşür. Meyvələri cürüdən penisil göbələklərinə misal 

Penicillium ligitatum  bə  Penicillium italicum növlərini gös-

tərmək olar. Hazırda  Penicillium chrysogenum və başqa növ-

lərdən təbabətdə geniş istifadə olunan penisillin antibiotiki 

alınır. 


Hifomisetlərin ikinci geniş yayılmış cinsi Aspergillusdur 

(Aspergillus). Aspergillusun konididaşıyanları budaqlanmır. 

Onun uc hissəsi qovuq şəklində şişir və üzərində silindrik for-

malı bazipetal konidi zənciri  əmələ  gəlir. Bu cinsin ən geniş 

yayılmış növü Aspergillus niger-dir. O, saprofit torpaq göbələyi 

olub ərzaq məhsulları və digər materiallar üzərində qara rəngli 

örtük əmələ gətirir. Bu göbələkdən mikrobiologiya sənayesində 

geniş istifadə edilir və ondan limon turşusu, amilaza və pro-

teaza kimi fermentlər alınır. 

Bu sıranın bitkilərdə  xəstəlik törədən cinslərdən botritis, 

vertisillium, kladosporium, serkospora, helmintosporium, alter-

naria, fuzarium, stemfilum və başqalarını misal göstərmək olar. 

Botritis (Botrytis) cinsi bitkilərin vegetativ orqanlarında boz 

çürümə əmələ gətirir. Bu zaman göbələk boz rəngli yığın əmələ 

gətirir. Bu yığın göbələyin mitselisindən və  təkhüceyrəli 

konidisindən ibarətdir. Bu cinsin  Botrytis cinerea növü üzüm 




 

  bitkisinə böyük ziyan vurur və onun məhsulunu çürüdür (şəkil 

64). 

 


Yüklə 1,94 Mb.

Dostları ilə paylaş:
1   ...   219   220   221   222   223   224   225   226   ...   244




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin