Azərbaycan respublikasi təHSİl naziRLİYİ baki döVLƏt universiteti A.Ş.İbrahiMov, Z. A. abdulova, L. N. mehdiyeva mikologiya (dərslik)



Yüklə 1,94 Mb.
səhifə221/244
tarix28.12.2021
ölçüsü1,94 Mb.
#10797
növüDərs
1   ...   217   218   219   220   221   222   223   224   ...   244
QEYRİ-MÜƏYYƏN GÖBƏLƏKLƏR ŞÖBƏSİ 

 – DEUTEROMYCOTA 

 

Dünya mikoloqları bu şöbəyə süni qrup kimi baxırlar. Bu 



qrupa cinsi çoxalması olmayan, yalnız qeyri-cinsi yolla çoxalan 

haploid göbələklər aiddir. Buradan belə  məlum olur ki, bu 

şöbəyə  Ascomycota  və  Basidiomicota  şöbələrinin cinsi çoxal-

malrı məlum olmayan növlər aiddir. 

Bu şöbə 20 mindən artıq göbələk növünü cəmləyir. Bura 

aid olan bütün növlərin mitseliləri çoxhüceyrəlidir. Çox 

maraqlıdır ki, bu növlərin bəzilərinin mitseliləri çoxnüvəlidir. 

Bütün nümayəndələrdə qeyri-cinsi çoxalma konidilərlə gedir ki

bunlar da konididaşıyanlar üzərində  əmələ  gəlir. Bu 

göbələklərdə cinsi çoxalma getmədiyi üçün bütün həyat dövrü 

haploiddir. Bu şöbənin mənşəyinə nəzər yetirdikdə məlum olur 

ki, qeyri-müəyyən göbələklər  Ascomycota  və  Basidiomicota 

şöbələrindən mənşə almışlar. 

Konididaşıyanlar dəstə, monopodial, simpodial və 

dixotomik budaqlanırlar. Konididaşıyan üzərində akropetal və 

ya bazipetal konidi zənciri əmələ gəlir. Natamam göbələklərin 

bir çox nümayəndələrində mitseli üzərində konididaşıyanların 

bir neçə qruplaşmaları müşahidə olunur. Belə konididaşı-

yanların qruplaşmasının sadə formalarından biri koremiyadır. 

 1. Koremiyada çoxsaylı konididaşıyanlar bir yerə top-

 

  lanıb dəstə  təşkil edir və yan tərəfləri ilə birləşib sıx sütun 



əmələ gətirir ki, bunun da üzərində konidi yerləşir. Hifomisetlər 

(Hyphomycetales) sırasının stilbellər fəsiləsinin nümayəndələri 

buna misal ola bilər. Natamam göbələklərin bir qrupu hif 

toxuması və yaxud stroma üzərində yastıqcıq əmələ gətirir. Bu 

tip konididaşıyan yığını sporodoxiya adlanır. Belə konididaşı-

yanların konidisi selikli və mitseli hifinin toxuması yumşaq 

olarsa bu pionnot adlanır. 

2. Loja – konididaşıyanların xarakterinə görə sporodoxi-

yanı xatırladır. Qısa konididaşıyanların yastı topları hif toxu-

ması üzərində  əmələ  gəlir. Loja sahib bitkinin epidermisi 

altında toxumada inkişaf edir, sonra onun qılafını partladıb 

xaricə çıxır. 

3. Piknida – mürəkkəb quruluşlu konididaşıyanlar yı-

ğınından, hiflərin paraplektenximatik və yaxud protoplektin-

ximatik toxumalarından ibarətdir. Yetişmiş konidilərin yayıl-

ması üçün piknidinin zirvəsində xüsusi məsamə - porus olur. 

Konidilər təkhüceyrəli, bəzən isə arakəsmələri olub 

çoxhüceyrəli olurlar (şəkil 63).  

 


Yüklə 1,94 Mb.

Dostları ilə paylaş:
1   ...   217   218   219   220   221   222   223   224   ...   244




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin