Azərbaycan respublikasi təHSİl naziRLİYİ baki döVLƏt universiteti A.Ş.İbrahiMov, Z. A. abdulova, L. N. mehdiyeva mikologiya (dərslik)



Yüklə 1,94 Mb.
səhifə220/244
tarix28.12.2021
ölçüsü1,94 Mb.
#10797
növüDərs
1   ...   216   217   218   219   220   221   222   223   ...   244
Şəkil 62. Pas göbələklərinin teleytosporları: A – Phragmidium; B 

– Uromyces; V – Puccinia. 

 

Pas göbələkləri iki fəsiləyə bölünür: 

1.

 

Puksiniakimilər (Pucciniaceae); 



2.

 

Melanpsorakimilər  (Melanpsoraceae). 



Birinci fəsiləyə uromises puksinia, fraqmidium, kimno-

sporangium və s. daxildir. Onlarda teleytosporlar ayaqcıqlı, 




 

  müxtəlif və təksahiblidirlər.  

İkinci fəsiləyə melampsora, kronartium, koleosporium, 

xrizomiksa və başqaları daxildir. Teleytosporların ayaqcıqları 

yoxdur, hamısı müxtəlif sahiblidir. Bütün pas göbələkləri 

obliqat, yəni həqiqi parazitlərdir. Pas göbələkləri parazitliyə 

uyğunlaşdıqları üçün mitseliləri ilk dövrdə sahib bitkini tələf 

etmir, bəzi hallarda onun inkişafını sürətləndirir və hipertrofiya 

əmələ gətirir. Hipertrofiyaya uğramış hissələrə üzvi mddələrin 

axını artır. Mitselilər kifayət qədər qidalandıqdan sonra sahib 

bitki toxumasına təsir edərək onu tələf edir. 

Pas göbələkləri dar ixtisaslaşmış parazitlər sayılır. 

Təbiətdə pas göbələklərinə, ancaq müəyyən və ya bir-birinə 

yaxın bitki növləri üzərində külli miqdarda təsadüf olunur. 

Lakin 50-dən artıq taxıl bitkiləri üzərində yayılmış pas göbələyi 

(P.graminis) müstəsnadır. Bu göbələyin bir neçə ixtisaslaşmış 

formalarından ibarət olduğu aşkar edilmişdir. Bunların hər 

birinə müxtəlif bitki cinsi və hətta növləri üzərində təsadüf ol-

unur. Göbələyin aşağıdakı ixtisaslaşmış formaları məlumdur: 

1.

 



Puccinia graminis f. Sp. tritici – Buğda, bəzən də arpa və 

çovdar üzərində təsadüf olunur. 

2.

 

Puccinia graminis f. Sp. secales – Çovdar, arpa və s. yay-



ılmışdır. 

3.

 



Puccinia graminis f. Sp. Avena – Vələmir və başqa taxıl 

bitkiləri üzərində rast gəlinir. 

Bu göbələklərin etsidi dövrü zirinc bitkisində təsadüf ol-

unur, uredo- və teleytosporları isə taxıl bitkilərində inkişaf edir. 

Göstərilən formalar sahib bitkilər və cüzi miqdarda etsidi, 

uredo- və teleytosporları ilə bir-birindən fərqlənirlər. Bəzi hal-

larda ixtisaslaşmış formalar yenidən morfoloji əlamətinə görə 

fərqlənməyən daha kiçik formalara ayrılır. Adətən sonuncular 

fizioloji  əlamətləri, bu və ya digər bitkini xəstələndirmə 

xüsusiyyətinə görə bir-birindən fərqlənir. Belə hallarda parazit 

nəinki sahib bitki növündə, hətta onun sortları daxilində də ix-

tisaslaşır və fizioloji irq adlanır. Digər tərəfdən pas 

 

  göbələklərinin bir sıra müxtəlifsahibli nümayəndələri 



məlumdur. Parazitin haploid mitseliləri sistematikasına görə 

bir-birindən fərqlənən müxtəlif bitkilər üzərində inkişaf edir. 

Zirincdə diploid dövründə isə yenə bu bitki və taxıllar üzərində 

təsadüf olunur. Haploid dövründə alma, armud və müxtəlif 

gülçicəklilərdə, diploid dövrdə isə ardıc bitkisində inkişaf edir. 

Pas göbələkləri müxtəlif bitkilər üzərində parazitlik et-

məklə onlara böyük ziyan vurur. Taxıl bitkiləri üzərində ya-

yılmış pas göbələklərinin vurduğu ziyan daha böyükdür. 

Məsələn, ədəbiyyatdan məlum olduğu kimi, pas göbələklərinin 

taxıllara vurduğu ziyan dünya miqyasında 300 milyon dollara 

bərabərdir. Onlar yarpaqlar üzəində parazit həyat tərzi 

keçirərək onların assilmilyasiya səthini azaldır, yarpaqları vax-

tından  əvvəl qurudur, nəticədə çox yüngül çəkili və  cılız dən 

alınır. Taxıl bitkiləri üzərində pas göbələklərinin bir neçə növü 

yayılmışdır. Onlardan buğdanın qonur pas göbələləyi, çovdarın 

qonur pas göbələyi, vələmirin taclı pas göbələyi, sarı pas 

göbələyi və s. göstərmək olar. 

Bütün pas göbələkləri obliqat parazitlərdir. Onların 

saprofit halda yaşayan nümayəndələri yoxdur. Pas göbələkləri 

yalnız yaşıl bitkilər üzərində yaşayır. Bazidiosporları  əmələ 

gətirən teleytosporlara isə, ancaq quru bitki qalıqları üzərində 

təsadüf olunur. Hal-hazırda bir sıra pas göbələkləri sintetik qida 

mühitində yetişdirilir. 

Pas göbələklərinin bəzi növləri sahib bitkinin toxumaları 

arasında çoxillik mitseli əmələ gətirir. 

Müxtəlif sahibli pas göbələklərinin mənşəyi müəyyən 

edilmişdir. Lakin təksahiblilərə nisbətən çoxsahibli pas 

göbələkləri daha qədimdir. Odur ki, melampsora cinsinin bütün 

növləri ikisahibli olduqlarına görə ən qədim bazidili göbələklər 

sayılır. 

Pas göbələklərinin quruluşuna görə ən sadə cinsi melamp-

soradır. Maraqlıdır ki, onun növləri birləpəli bitkilər üzərində 

parazitlik edir. 



 

 

Taxıl bitkilərinin pas göbələkləri çənub rayonlarında 



geniş yayılmışlar. Onlara əsasən Şimali Qafqaz, Ukrayna, Gür-

cüstan və Azərbaycanda müxtəlif taxıl bitkiləri üzərində təsadüf 

edilir. 

Pas göbələklərinin təsərrüfat üçün iqtisadi əhəmiyyətini 

nəzərə alaraq mikoloqlar tərəfindən bu qrupun daha geniş 

öyrənilməsinə başlanmışdır. Bu sahədə tanınmış rus mikoloqu 

Traneşlinin (1868-1942) pas göbələklərinin biologiyası  və sis-

tematikasına dair elmi işlərinin xüsusilə qeyd etmək lazımdır.  

 


Yüklə 1,94 Mb.

Dostları ilə paylaş:
1   ...   216   217   218   219   220   221   222   223   ...   244




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin