Azərbaycan respublikasi təHSİl naziRLİYİ baki döVLƏt universiteti A.Ş.İbrahiMov, Z. A. abdulova, L. N. mehdiyeva mikologiya (dərslik)



Yüklə 1,94 Mb.
səhifə217/244
tarix28.12.2021
ölçüsü1,94 Mb.
#10797
növüDərs
1   ...   213   214   215   216   217   218   219   220   ...   244
Çovdarda gövdə sürməsi – Urocystis occulta 

Bu xəstəliyə çovdar bitkinin gövdəsi və düyünaralarında 

təsadüf olunur. Parazit təsirindən bitkinin inkişafı dayanır, çox 

vaxt sünbül əmələ gəlmir. Bitkinin xəstələnmə mexanizmi eyni 

ilə büğdanın daş sürməsində olduğu kimidir. 

Sürmə göbələkləri Azərbaycanda geniş yayılmış 

göbələklərdən sayılır. Onların növ tərkibi, yayılması  və 

məhsula vurduğu ziyan AMEA Botanika İnstitutunun əməkdaşı 

olmuş V.İ.Ulyanişev tərəfindən ətraflı öyrənilmişdir.  

Elmi-tədqiqat işləri nəticəsində müəyyən edilmişdir ki

Azərbaycanda sürmə göbələklərinin yüzlərlə növünə  təsadüf 

olunur. Bu göbələklər respublikamızın aran, dağətəyi və dağlıq 

hissələrində müxtəlif bitkilər üzərində yayılmışlar. Sürmə 

göbələkləri iki fəsiləyə bölünürlər: tozlu və bərk sürmə.  

Tozlu sürmə  fəsiləsində bazidi dördhüceyrəli olub fraq-

mobazidi adlanır. Bərk sürmə 

fəsiləsində bazidi 

təkhüceyrəlidir, ucunda bazidiosporlar yetişir.  

Tozlu sürmə  fəsiləsində Ustilaqo cinsi daha geniş ya-

yılmışdır, teliosporları iri, kələ-kötür, nadir hallarda isə hamar 

olur. Fəsilənin 350 növü vardır. 

Bərk sürmə  fəsiləsinin geniş yayılmış cinsi Tilletia-dır. 

Teliosporlar böyük, dairəvi, bəzən də  dəyirmi olur. Bazidi si-

lindrikdir, üzərində dəstə halında bazidiosporlar yerləşmişdir. 

Hər iki fəsilə nümayəndələrinin parazit həyat tərzi 

keçirmələrinə baxmayaraq, hazırda onları sintetik qida 

mühitində yetişdirirlər. Hətta belə mühitdə  bərk sürmə 

göbələkləri teliospor əmələ gətirtir. 

Sürmə göbələkləri taxıl bitkilərinin təhlükəli 

 

  ziyanvericiləri sayılır. Onlar həm yabanı, həm də mədəni dənli 



bitkilərdə parazitlik edərək məhsuldarlığı xeyli aşağı salırlar. 

Buğdanın tozlu sürməsi, bərk sürməsi, arpanın tozlu və  bərk 

sürməsi, vələmirin tozu və  bərk sürməsi, çovdarın gövdə sür-

məsi qarğıdalının qovluqlu sürməsi və s. belə ziyanvericilərdir. 

Sürmə göbələklərinə qarşı vaxtında və səmərəli mübarizə 

aparmadıqda məhsulun 30 – 50 %-ni, hətta 90%-ə qədəri itirilə 

bilər. Hal-hazırda sürmə göbələklərinə qarşı aparılan mübarizə 

nəticəsində məhsulun itkisi xeyli azalmışdır. 




Yüklə 1,94 Mb.

Dostları ilə paylaş:
1   ...   213   214   215   216   217   218   219   220   ...   244




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin