Azərbaycan respublikasi təHSİl naziRLİYİ baki döVLƏt universiteti A.Ş.İbrahiMov, Z. A. abdulova, L. N. mehdiyeva mikologiya (dərslik)



Yüklə 1,94 Mb.
səhifə213/244
tarix28.12.2021
ölçüsü1,94 Mb.
#10797
növüDərs
1   ...   209   210   211   212   213   214   215   216   ...   244
 

Sürmə göbələkləri sırası  – Ustilaginales 

  Sörmə göbələklərinin mitseliləri sahib bitkinin toxuma-

ları arasında yayılır və haustorisi vasitəsilə bitkinin sintez etdiyi 

hazır üzvi maddələri mənimsəyir. Mitseli ikinüvəlidir (dikari-

otikdir). Göbələyin teliosporları inkişaf edib dörd hüceyrəli

bəzən isə bir hüceyrəli bazidi əmələ gətirir. 

Sürmə göbələklərinə çiçəkli ali bitkilər üzərində parazit 

həyat tərzi keçirən nümayəndələr daxildir. Qeyd etməliyik ki, bu 

göbələklər  əsasən taxıllar fəsiləsinə aid olan bitkilər üzərində 

obliqat parazit həyat tərzi keçirirlər. Onlar taxıl bitkilərinin sünbül 

və gövdələrində sürmə  xəstəliyi törədirlər. Sünbüllərdə  dən 

əvəzinə qara toz yığını əmələ gəlir. Bitkinin üzəri həmin toz yığını 

ilə örtülür. Ona görə də bu xəstəliyi sürmə xəstəliyi adlandırırlar. 

Toz yığını göbələyin sükunət dövrü keçirən teliosporları  və ya 

sürmə sporlarından ibarətdir. Toz quruluşlu sürmə sporları 

asanlıqla yayılır. Bu tip tozlu sürmə adlanır. 

Digər tipdə isə sporlar bir-birilə yapışır. Ona bərk sürmə 

və ya daş sürmə deyilir. Sürmə göbələkləri taxıl bitkiləri 

üzərində daha geniş yayılmışdır. Bunlardan aşağıdakıları 

göstərmək olar. 




Yüklə 1,94 Mb.

Dostları ilə paylaş:
1   ...   209   210   211   212   213   214   215   216   ...   244




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin