Azərbaycan respublikasi təHSİl naziRLİYİ baki döVLƏt universiteti A.Ş.İbrahiMov, Z. A. abdulova, L. N. mehdiyeva mikologiya (dərslik)



Yüklə 1,94 Mb.
səhifə215/244
tarix28.12.2021
ölçüsü1,94 Mb.
#10797
növüDərs
1   ...   211   212   213   214   215   216   217   218   ...   244
Buğdanın tozlu sürməsi – Ustilago tritici 

İnkişaf yolu əvvəlkilərdən fərqlənir. Taxıl bitkiləri 

çiçəkləyən dövrdə göbələyin teliosporları dişicik ağızcığına dü-

şür, inkişaf edərək dördhüceyrəli bazidi əmələ  gətirir. Onda 

xüsusi bazidiospor əmələ  gəlmir. Lakin bazidi hüceyrələri 

cütləşərək diploid mitselilər verir və uzanaraq dişiciyin yumur-

talığına çatırlar. Çiçəyin zədələnməsi dənin  əmələ  gəlməsinə 

mane olmur və xarici görünüşcə sağlam dən yetişir, lakin onun 

epidermisi daxilində göbələyin mitselisi yerləşir. Xəstə dəndən 

toxum üçün istifadə olunduqda normal böyüyür, lakin onun 

toxumasında, xüsusilə inkişaf nöqtəsindəki göbələk mitseliləri 

sünbül açan dövrdə güclü inkişaf edərək çoxlu miqdarda telio-

sporlar əmələ gətirirlər (şəkil 60). 

 

Şəkil 60. Buğdanın tozlu sürməsi; 1 – 2 çiçəklənən bitkidə 

 

  sporların yayılması; 3 – çiçək dişiciyinin ağzında olan 



sporlar; 4 – toxumun rüşeyminə keçən göbələk cücərtisi; 5 – 

dənin yoluxması; 6 – yoluxmuş  dənin kəsiyi; 7 – mitselinin 

cücərtisi. 

Sünbülün dayaq oxundan başqa bütün hissələr tələf olur 

və qara rəngli teliospor yığını  əmələ  gəlir. Teliosporlar külək 

vasitəsilə çiçəkləyən sağlam bitkilərə keçir və  xəstəlik 

göstərilən qayda üzrə yenidən əmələ gəlir.   

 


Yüklə 1,94 Mb.

Dostları ilə paylaş:
1   ...   211   212   213   214   215   216   217   218   ...   244




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin