Şəkil 64. Anomorf göbələklər: 1 – Botrycies; 2 – Verticillium;
3 – Cladosporium; 4 – Trichothecium.
Vertitsillium (Verticillium) cinsi isə bitkilərdə soluxma
xəstəliyini törədir. Pambığın ən qorxulu xəstəliyi olan vilt Ver-
ticillium alboatrum növü tərəfindən törədilir. Bu göbələk
bitkilərin qida borularını tıxaclaşdırıb doldurur. Vertitsillium
cinsinin konididaşıyanları dikdurandır, arakəsməlidir.
Konidiləri isə kürəvi, yumurta formalıdır.
Alternaria (Alternaria) cinsi yumurta formalı konidi
zənciri ilə və konididə eninə və uzununa arakəsmənin olması
ilə xarakterizə olunur.
Bu cinsin ən çox ziyan vurduğu bitkilərdən biri kələmdir.
Göbələk bitkinin yarpağını qaraldır və odur ki, bitkinin
məhsulu keyfiyyətsiz və yararsız olur. A.brassicae növü kələm
bitkisinin toxumuna keçir, onu ya məhv edir və yaxud çürümə
qabiliyyətini zəiflədir.
Fuzarium (Fusarium) cinsi oraq, aypara və yaxud lanset
formalı makro- və mikrokonidi ilə xarakterizə olunur. Mik-
rokonidi yumurta, dəyirmi, ellips, kürəvi və armud formalı olur
(şəkil 65).
Dostları ilə paylaş: |