Azərbaycan respublikasi təHSİl naziRLİYİ baki döVLƏt universiteti A.Ş.İbrahiMov, Z. A. abdulova, L. N. mehdiyeva mikologiya (dərslik)



Yüklə 1,94 Mb.
səhifə219/244
tarix28.12.2021
ölçüsü1,94 Mb.
#10797
növüDərs
1   ...   215   216   217   218   219   220   221   222   ...   244
Şəkil 61. Puccinia graminisin inkişaf tsikli. 1- piknidi; 2 – zir-

inc yarpağında etsidilər; 3 – uredosporlar; 4 – teleytospor-

lar; 5 – teleytosporların cücərib bazidi və bazidiospor 

verməsi. 

 

 



Etsidiosporlar müxtəlif yollarla, xüsusən külək vasitəsilə 

taxıl bitkiləri üzərində daşındıqda mitselilər inkişaf edərək sa-

hib bitki ağızcığından onun toxumasına daxil olur. Mitselilər 

hüceyrəarası  məsamələrdə yayılaraq haustorilər  əmələ  gətirir. 

Taxıl bitkilərinin mitseliləri zirinc bitkisi mitselilərindən fərqli 

olaraq diploid huceyrələrdən təşkil olunmuşlar. Onlar inkişaf 

edərək yay  sporları  və ya uredosporları  əmələ  gətirirlər. Bu 

zaman ilk sahib bitki epidermisi altında yastı mitseli yığınları 

müşahidə edilir. Burada ayaqcıq hüceyrələri üzərində yerləşən 

ovalşəkilli uredosporlar inkişaf edir. Epidermis uzununa çat-

layaraq parlaq narıncı  rəngli uredospor yığınlarından ibarət 

yastıqcıq, xətt və ya lent əmələ  gətirir. Beləliklə, taxıl 

bitkilərinin yarpaq, gövdə və qınında pas ləkələrinə oxşar örtük 

yaranır. Uredosporlar külək  vasitəsilə yayılır, yenidən taxıl 

bitkiləri üzərinə düşdükdə inkişaf edirlər. Uredospor qlafında 

10-a qədər inkişaf məsaməsi yerləşir. O, cücərərkən bir və ya 

iki  ədəd mitseli əmələ  gətirir. Uredospor daxilindəki iki nüvə 

mitselilərdən birinə keçir. Bu mitseli inkişaf  edərək ağızcıqdan 

bitki toxumasına daxil olur, 5 – 6 gündən sonra yeni uredospor-

lar əmələ gətirir. 

 Beləliklə, göbələk vegetasiya dövründə taxıl bitkiləri 

üzərində sürətlə yayılır. Müəyyən müddətdən sonra sahib bitki 

toxumasında qida maddələri azaldıqca, həmin mitselilər 

üzərində yeni qış sporları və ya teleytosporlar inkişaf edir. Ure-

dosporlar kimi teleytosporlar mitseli yığınlarından  əmələ 

gəlirlər. Onlar ikihüceyrəli olub, xüsusi ayaqcıq üzərində 

yerləşir, diploiddirlər. Teleytosporların qılafı uredosporlara 

nisbətən qalın və tünd-qonur rənglidir. Hər teleytospor 

hüceyrəsinin başında bir inkişaf məsaməsi yerləşir. Teleyto-

sporlar tünd-qonur rəngli olduğu üçün onların yığınlarından 

əmələ  gələn yastıqcıqlar qara rəngdə görünür. Adətən, taxıl 

bitkilərinin vegetasiya dövrünün sonunda gövdə, yarpaq və 

göbələyi qeyri-əlverişli  şəraitdən mühafizə edirlər. Onlar 

ayaqcıqlarından ayrılmır və bitki qalıqları ilə birlikdə torpağa 




 

  düşərək, ancaq ikinci ilin yazında inkişaf edirlər.  

Hər bir teleytospor hüceyrəsindən cücərti borucuğu əmələ 

gəlir. Diploid nüvə bu borucuğa daxil olaraq iki dəfə reduksion 

yolla bölünərək dörd ədəd haploid nüvə əmələ gətirir. Nüvələr 

arakəsmə vasitəsilə bir-birindən ayrılır ki, nəticədə 

dördhüceyrəli fraqmobazidi yaranır. Onun hər hüceyrəsindən 

bir bazidiospor inkişaf edir. Nazik qabıqlı steriqma adlanan 

xüsusi çıxıntılar üzərində yerləşir və yetişdikdə  təzyiqlə 

müəyyən məsafəyə tullanırlar. Bazidiosporlar inkişaf etmək 

üçün cavan zirinc bitkisi yarpağının üzərinə düşməli və yenidən 

öz inkişaf tsiklinə başlamalıdır. Beləliklə, xətli pas göbələyinin 

inkişaf tsikli aşağıdakı dövrlərə bölünür:  0 – piknospor dövrü 

(xəstəliyi yaya bilmir), I – etsidiospor, II – urediospor, III – 

teleytospor,  IV – bazidiospor. Deməli, taxıl bitkilərinin xətli 

pas xəstəliyinin 4 xarakterik inkişaf dövrü vardır. Tsikldə ikinci 

dövr (uredosporlar dövrü) vegetasiya müddətində bir neçə dəfə 

təkrar olunur. 

Göbələyin inkişafı haploid fəzada gedir. Haploid fəzada 

piknida və etsidi əmələ gəlir: piknida haploid olaraq qalır, etsidi 

isə hüceyrələrin apoqam yolla birləşməsi hesabına diploid olur 

və diploid etsidiosporlar verir. Onlar taxıl bitkilərində inkişaf 

edərək diploid uredo və teleytosporlar əmələ gətirirlər. Teleyto-

sporlar cücərdikcə reduksion bölünmə gedir və haploid bazidio-

sporlar yaranır (şəkil 62). 

Pas göbələkləri müxtəlif bitkilər üzərində haploid və 

diploid fazalarda parazit həyat tərzi keçirdiklərindən əksəriyyəti 

müxtəlif sahibli parazit sayılır. 

Yuxarıda təsvir olunan pas göbələklərinə daxildir və 

tam inkişaf tsikli olan nümayəndədir, çünki onda bütün spor 

tipləri əmələ gəlir. Bu cür növlərin miqdarı bir neçə yüzə çatır. 

Bundan  əlavə, elə  natamam göbələklər də vardır ki, onlarda 

spor  əmələgəlmə tiplərindən biri olmur. İstər tam, istərsə  də 

natamam göbələklər arasında təksahibli nümayəndələr də 

mövcuddur. Belə nümayəndələrin inkişaf tsiklləri yalnız bir 

 

  bitki üzərində gedir. 



 

 


Yüklə 1,94 Mb.

Dostları ilə paylaş:
1   ...   215   216   217   218   219   220   221   222   ...   244




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin