Çovdarda gövdə sürməsi – Urocystis occulta
Bu xəstəliyə çovdar bitkinin gövdəsi və düyünaralarında
təsadüf olunur. Parazit təsirindən bitkinin inkişafı dayanır, çox
vaxt sünbül əmələ gəlmir. Bitkinin xəstələnmə mexanizmi eyni
ilə büğdanın daş sürməsində olduğu kimidir.
Sürmə göbələkləri Azərbaycanda geniş yayılmış
göbələklərdən sayılır. Onların növ tərkibi, yayılması və
məhsula vurduğu ziyan AMEA Botanika İnstitutunun əməkdaşı
olmuş V.İ.Ulyanişev tərəfindən ətraflı öyrənilmişdir.
Elmi-tədqiqat işləri nəticəsində müəyyən edilmişdir ki,
Azərbaycanda sürmə göbələklərinin yüzlərlə növünə təsadüf
olunur. Bu göbələklər respublikamızın aran, dağətəyi və dağlıq
hissələrində müxtəlif bitkilər üzərində yayılmışlar. Sürmə
göbələkləri iki fəsiləyə bölünürlər: tozlu və bərk sürmə.
Tozlu sürmə fəsiləsində bazidi dördhüceyrəli olub fraq-
mobazidi adlanır. Bərk sürmə
fəsiləsində bazidi
təkhüceyrəlidir, ucunda bazidiosporlar yetişir.
Tozlu sürmə fəsiləsində Ustilaqo cinsi daha geniş ya-
yılmışdır, teliosporları iri, kələ-kötür, nadir hallarda isə hamar
olur. Fəsilənin 350 növü vardır.
Bərk sürmə fəsiləsinin geniş yayılmış cinsi Tilletia-dır.
Teliosporlar böyük, dairəvi, bəzən də dəyirmi olur. Bazidi si-
lindrikdir, üzərində dəstə halında bazidiosporlar yerləşmişdir.
Hər iki fəsilə nümayəndələrinin parazit həyat tərzi
keçirmələrinə baxmayaraq, hazırda onları sintetik qida
mühitində yetişdirirlər. Hətta belə mühitdə bərk sürmə
göbələkləri teliospor əmələ gətirtir.
Sürmə göbələkləri taxıl bitkilərinin təhlükəli
ziyanvericiləri sayılır. Onlar həm yabanı, həm də mədəni dənli
bitkilərdə parazitlik edərək məhsuldarlığı xeyli aşağı salırlar.
Buğdanın tozlu sürməsi, bərk sürməsi, arpanın tozlu və bərk
sürməsi, vələmirin tozu və bərk sürməsi, çovdarın gövdə sür-
məsi qarğıdalının qovluqlu sürməsi və s. belə ziyanvericilərdir.
Sürmə göbələklərinə qarşı vaxtında və səmərəli mübarizə
aparmadıqda məhsulun 30 – 50 %-ni, hətta 90%-ə qədəri itirilə
bilər. Hal-hazırda sürmə göbələklərinə qarşı aparılan mübarizə
nəticəsində məhsulun itkisi xeyli azalmışdır.
Dostları ilə paylaş: |