Azərbaycan respublikasi təHSİl naziRLİYİ baki döVLƏt universiteti A.Ş.İbrahiMov, Z. A. abdulova, L. N. mehdiyeva mikologiya (dərslik)



Yüklə 1,94 Mb.
səhifə210/244
tarix28.12.2021
ölçüsü1,94 Mb.
#10797
növüDərs
1   ...   206   207   208   209   210   211   212   213   ...   244
Şəkil 58Tremella. Meyvə cisminin en kəsiyi. 

 

Dakrimisetlər sırası – Dacrymycetales 

Bazidisi silindrik olub, uc hissəsi çəngəl kimi budaqlanır. 

Hər bir ikiçıxıntılı budaq üzərində bir bazidiospor yerləşir. 

Dakrimisetlərin  əksəriyyətində bazidiosporlar çoxhüceyrəli 

olur. Meyvə cismi sancaqvarı, qarmaqşəkilli, həlməşik, selikli 

 

  və s. quruluşa malikdir. 



Sıranın bütün nümayəndələri çürümüş  ağac gövdələri 

üzərində saprofit halda yaşayır. Calosera viskoza növü buynuza 

oxşayır və rütubətli torpaqlarda yayılmışdır. Şam ağacının quru 

budaqları üzərində Dacromyces növü sarı-çəhrayı rəngli selikli-

həlməşik kütlə əmələ gətirir. 

Meyvə cisminin quruluşuna görə heterobasidiomycetidae 

sinfinin ayrı-ayrı qrupları arasında oxşarlıq vardır. Onların meyvə 

cismi ilə Basidiomycetes şöbəsinin nümayəndələrinin meyvə 

cisimləri arasında ümumi uyğunluq mövcuddur. Hal-hazırda bəzi 

mikoloqlar heterobazidial göbələklərə  yekcins monofletik qrup 

kimi baxırlar. Ona görə  də bu sinfin ləğv olunması  və yaxud 

genişləndirilməsi qarşıya məqsəd qoyulur. 

Sporların oxşar quruluşda olması  təsnifatda mühüm rol 

oynayır. Eyni zamanda sporların cücərməsi, bazidinin quruluşu

çoxhüceyrəli və ya böyük steriqmalı olması heterobazidial 

göbələklərə ayrıca bir qrup kimi baxıldığı və sinif adı verildiy-

ini bir daha sübut edir. 

 


Yüklə 1,94 Mb.

Dostları ilə paylaş:
1   ...   206   207   208   209   210   211   212   213   ...   244




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin