Azərbaycan respublikasi təHSİl naziRLİYİ baki döVLƏt universiteti A.Ş.İbrahiMov, Z. A. abdulova, L. N. mehdiyeva mikologiya (dərslik)



Yüklə 1,94 Mb.
səhifə204/244
tarix28.12.2021
ölçüsü1,94 Mb.
#10797
növüDərs
1   ...   200   201   202   203   204   205   206   207   ...   244
Şəkil 56. Papaqlı göbələklərdə lövhələrin birləşmə tipləri (A – sxem,    B 

-foto): 1 – kənarları ilə  bədənə birləşməsi; 2 – dişciklərlə 

birləşməsi; 3-4 – sərbəst lövhələr, 5 – aşağı enən. 

Şampinion göbələklər fəsiləsi – Agaricaceae 

 

Fəsilənin 13 cinsi vardır. Lövhələr sərbəstdir, çox nadir 



 

  halda bir-biri ilə birləşirlər. Fəsilənin nümayəndələri 

özünəməxsus örtüyə malikdirlər. Ayaqcıqda isə örtük halqavarı 

formadadır. Sporlar ağ  və qara rəngdə olur. Meyvə cisimləri 

böyükdür, ayaqcığın uzunluğu 30, papaqcığın diametri isə 25 

sm-ə bərabərdir.  

Şampinionların geniş yayılmış cinslərindən Agaricus və 

Macrolepiota-nı göstərmək olar.  Bir çox ölkələrdə süni yolla 

A.bisporus növü becərilir. Hazırda bütün dünya qarşısında 

duran ən vacib məsələ zülal problemidir.  

Artıq dünyanın 70 ölkəsində süni yolla yeməli göbələklər 

becərilir. 1992-ci ilin məlumatına  əsasən dünyada 1 milyon 

tondan çox göbələk istehsal olunur. Tərkibindəki zülalın 

miqdarı və keyfiyyətinə görə göbələklər tərəvəzləri qabaqlayır. 

Alimlər müəyyən etmişlər ki, süni yolla yetişdirilən şampinion 

göbələyinin mitselilərində zülalın miqdarı 50 %-dən çoxdur, 

onun 90%-i orqanizm tərəfindən mənimsənilir. 

Göbələklərin tərkibində yüksək keyfiyyətli zülal, 

vitaminlər, mineral maddələr və digər qida məhsulları vardır. 

Yüksək keyfiyyətli qida kalorisi müasir tələbləri ödəyir. Odur 

ki,  şampinionların müasir sənaye istehsalı ilə  məşğul olmaq 

sərfəlidir. Heyvanları müasir tələblərə uyğun şəkildə bəslədikdə 

1 il 1 ha sahədən 63,5 t zülal əldə edilir. Eyni sahədən 1 il 

ərzində 567 t quru göbələk zülalı almaq mümkündür. 

Azərbaycanda papaqlı göbələklərin növ tərkibi, yayılma 

və ekologiyası A.S. Sadıxov tərəfindən öyrənilir. 

 


Yüklə 1,94 Mb.

Dostları ilə paylaş:
1   ...   200   201   202   203   204   205   206   207   ...   244




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin