Azərbaycan respublikasi təHSİl naziRLİYİ baki döVLƏt universiteti A.Ş.İbrahiMov, Z. A. abdulova, L. N. mehdiyeva mikologiya (dərslik)


Teleforakimilər fəsiləsi – Telephoraceae



Yüklə 1,94 Mb.
səhifə200/244
tarix28.12.2021
ölçüsü1,94 Mb.
#10797
növüDərs
1   ...   196   197   198   199   200   201   202   203   ...   244
Teleforakimilər fəsiləsi – Telephoraceae 

 

Fəsiləyə daxil olan nümayəndələrin himenoforları yastı və 

hamar olub, meyvə cisminin bir tərəfində yerləşir. Bəzi ibtidai 

formalarda meyvə cismi yaranmır. Himeni hörümçək toruna 

bənzər seyrək mitseli yığını üzərində yerləşir. Lakin tipik 

nümayəndələrdə meyvə cisimləri dərişəkilli, bəzilərində isə 

ətlidir, himenoforlar hamardır. Meyvə cisimləri substrat üzərinə 

sərilir, bəzilərinin kənarları yuxarı qalxır, hətta üfüqi 

istiqamətdə duran meyvə cisimləri də olur. Ali formalarda isə 

kasa, qıf, ayaq üzərində dayanan, papaqlı  və s. şəkildə meyvə 

cisimlərinə  təsadüf edilir. Onların himenoforlarında ziyil, 

dişciklər və qatlar müşahidə edilir. 

Teleforakimilərin  əksər nümayəndələri ağac qalıqları 

üzərində saprofit həyat tərzi keçirir. Onlardan koniofora (Co-



niophora) taxta tikintiləri, körpü, dəmiryol  şpalları  və s.-ni 

çürüdür, bəzilərinə, məsələn, stereum cinsinin növlərinə  ağac 

bitkiləri, hipoxius cinsinin növlərinə isə ot bitkiləri üzərində 

təsadüf edilir. Stereum purpureum növü meyvə ağaclarında pa-

razitlik edir. Digər saprofit növlər isə meşədə bitən və  bəzən 

anbarda saxlanılan ağacları, oduncağı çürüdür. 

 


Yüklə 1,94 Mb.

Dostları ilə paylaş:
1   ...   196   197   198   199   200   201   202   203   ...   244




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin