Azərbaycan respublikasi təHSİl naziRLİYİ baki döVLƏt universiteti A.Ş.İbrahiMov, Z. A. abdulova, L. N. mehdiyeva mikologiya (dərslik)



Yüklə 1,94 Mb.
səhifə203/244
tarix28.12.2021
ölçüsü1,94 Mb.
#10797
növüDərs
1   ...   199   200   201   202   203   204   205   206   ...   244
Papaqlı göbələklər sırası – Agariacales 

 

 



Meyvə cismləri yumşaq və birillikdir. Papaqlı göbələklər 

əsasən lövhəşəkilli himenoforlarla xarakterizə olunur. Meyvə 

cismləri mərkəz və ya yan ayaqcıq üzərində oturan

papaqşəkilli,  ətli və  şirəli olur. Bu göbələklər az yaşayırlar. 

Bəzilərinin meyvə cismləri quru və  dəri kimidir. Lövhəşəkilli 

himenoforlar  əksəriyyətlə papağın altında, onun ayaqcıqla 

birləşən hissəsində radial düzülmüşdür. Əksər nümayəndələrdə 

onlar sadədir, lakin bəzilərində budaqlanır və ya anastomozlar 

əmələ  gətirir. Himenoforların altında psevdoparenximadan 

təşkil olunmuş subhimenial qat yerləşir ki, burada bazidilər 

yaranır. Lövhələrin mərkəzi hissəsini troma adlanan hiflər 

təşkil edir. Bəzi nümayəndələrdə onlar bir-biri ilə qarışır, bir 

qismi isə psevdoparenxima əmələ gətirir. 

Papaqlı göbələkləri 

əksər nümayəndələri meşə 

torpaqlarında, çəmənliklərdə saprofit halda yaşayırlar. Burada 

mikoriza  əmələ  gətirən çoxlu  miqdarda nümayəndələr vardır, 

parazitlər nisbətən azdır. Bəzilərinə qurumuş oduncaq üzərində 

təsadüf edilir. Papaqlı göbələklərin qov göbələklərinə nisbətən 

təsərrüfat  əhəmiyyəti azdır. Lakin onların  şpallar, dirəklər, 

taxtalar və s. çürüdən növləri də  məlumdur. Yeməli papaqlı 

göbələklər yalnız qida əhəmiyyətinə malikdir. Bu fəsiləyə, 

həmçinin bir çox zəhərli göbələklər də daxildir (şəkil 56). 

Papaqlı göbələklərin tipik nümayəndəsi  şampinionlardır 

(Agaricus və Psalliota). Bu göbələklər peyinli torpaqlarda, yol 

kənarı, mal pəyəsi ətrafında və s. yerlərdə yayılmışlar. Buraya 

yüksək keyfiyyətə malik yeməli göbələklər daxildir. Xüsusilə 

çöl şampinionu (P.campestris) yüksək kalorili qidadır.  

Russula cinsinin bir sıra növləri yeməlidir; bəzən bunların 

qabığını soyub çiy yeyirlər. Yalnız kötüklərdə  təsadüf olunan 

armillarianın növündən qida məqsədilə istifadə olunur. Amanita 

cinsinə çoxlu miqdarda zəhərli növlər daxildir. Onların 

papaqları üst tərəfdən zeytuni-yaşılımtıl, yaşılı-sarı  və ya 

ağımtıl rəngdə olur. Rütubətli havada yapışqanlıdır. Lövhələri 

ağımtıl və ya yaşımtıl-sarıdır. Ayaqcığın içərisi  əvvəlcə dolu 



 

  olur, sonra burada boşluq yaranır, üzərində örtüyü halqaya 

bənzər qalığı müşahidə olunur. Onun qaidəsini  əhatə edən 

ümumi örtüyündə qayıq müşahidə edilir. Göbələk yeyildikdən 

bir neçə saat sonra zəhərlənmə meydana çıxır. Zəhərlənənlər 

çox çətin sağalırlar, zəhərlənmə çox vaxt ölümlə  nəticələnir. 

Zəhərlənmə  əlamətləri uzun müddət qalır. Meyvə cisminin 

quruluşu, ümumi örtüyün olması, lövhələrin yerləşməsi, troma 

tipli hiflərə, himenoforum rəngi, sporun quruluş  və  rənginə 

görə papaqlı göbələklər sırası bir neçə fəsillərə bölünür. 

 


Yüklə 1,94 Mb.

Dostları ilə paylaş:
1   ...   199   200   201   202   203   204   205   206   ...   244




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin