Azərbaycan respublikasi təHSİl naziRLİYİ baki döVLƏt universiteti A.Ş.İbrahiMov, Z. A. abdulova, L. N. mehdiyeva mikologiya (dərslik)



Yüklə 1,94 Mb.
səhifə202/244
tarix28.12.2021
ölçüsü1,94 Mb.
#10797
növüDərs
1   ...   198   199   200   201   202   203   204   205   ...   244
Şəkil 55.  Fomes fomentarius qov göbələyinin meyvə cisminin 

quruluşu: 1 – meyvə cismi; 2 – üçillik meyvə cisminin 

kəsiyi; 3 – boruşəkilli himenoforun kəsiyi: a) kiçik bö-

yüdücüdə; b) – böyük böyüdücüdə; v) – sistidli himeni. 

 

Dedalea cinsi nümayəndələrinin meyvə cisimləri 



odunlaşmış halda olub, çoxillikdir. Ona ölü oduncaq üzərində 


 

  (əsasən palıdda, şpallarda) rast gəlinir. 

Lenzites cinsindən olan göbələk ağac,  şpal, teleqraf 

dirəkləri və s. üzərində yaşayaraq oduncağı xarab edir. 

Yuxarıda qeyd olunan cinslərin nümayəndələri 

Azərbaycanda Quba, Şəki, Zaqatala və Talış meşələrində daha 

çox yayılmışlar.  

Onların növ tərkibi ətraflı öyrənilmişdir. Qov göbələkləri 

meşə bitkilərinə çox böyük ziyan vururlar. Onlara qarşı  ən 

mühüm mübarizə vasitəsi profilaktika tədbirlərinin həyata 

keçirilməsidir. Xəstə  ağacların meşələrdən çıxarılması, hey-

vanların meşədə otarılmasının qadağan olunması, kəsilən 

ağacların qonşu ağacları zədələmədən yıxılması əsas mübarizə 

tədbirləri sayılır. Onların nümayəndələri rütubətli şəraitdə quru 

oduncaqları, məsələn, dəmiryol  şpalları,  şaxtalarda istifadə 

olunan dirəkləri, teleqraf və körpü dirəklərini və s. çürüdürlər. 

Qov göbələkləri bu məqsədlə istifadə olunan ağacların hər il 

təxminən 10%-ni çürüdərək təsərrüfata milyonlarla ziyan 

vururlar. Onlarla mübarizə  məqsədilə  ağacları antiseptik 

maddələrlə isladırlar.  

A.S. Bondartsev ev göbələklərinin sistematika və 

ekologiyasına dair geniş tədqiqat işləri aparmışdır. Onun bu iş-

lərinin nəticəsi olan “Трутовые  грибы  Европейской  части 

СССР  и  Кавказа” (1953) adlı kitabı qov göbələklərinə  həsr 

edilmiş dəyərli əsərlərdən biri sayılır.  

Azərbaycanda bu göbələklərin ekologiyası, fiziologiyası 

və biokimyasını prof. X.Q. Qəmbərov tədqiq etmişdir. 

Boletus cinsi çox az yaşayan ətli meyvə cismi ilə xarakterizə 

olunur. O, papaq və ayaqcıqdan ibarətdir. Papağın alt hissəsində 

yerləşən himenoforlar boru şəklində olub, mitselilərdən asanlıqla 

ayrılır. Ali nümayəndələrdə cavan himenaforları mühafizə edən 

örtük olur. Boletusun əksər növləri torpaq saprofitləridir, bəziləri 

isə ali bitkilərlə mikoriza əmələ gətirir.  

                                                                                                                                                                            




Yüklə 1,94 Mb.

Dostları ilə paylaş:
1   ...   198   199   200   201   202   203   204   205   ...   244




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin