Azərbaycan respublikasi təHSİl naziRLİYİ baki döVLƏt universiteti A.Ş.İbrahiMov, Z. A. abdulova, L. N. mehdiyeva mikologiya (dərslik)


Qasteromisetlər yarıımsinfi – Gastromycetidae



Yüklə 1,94 Mb.
səhifə205/244
tarix28.12.2021
ölçüsü1,94 Mb.
#10797
növüDərs
1   ...   201   202   203   204   205   206   207   208   ...   244
Qasteromisetlər yarıımsinfi – Gastromycetidae 

Qasteromisetlərdə tam qapalı meyvə cisimləri olan 

göbələklər daxildir. Himeni qatı daxilində yerləşdiyi üçün 

bazidiosporlar da meyvə cismi daxilində əmələ gəlir. 

Meyvə cisimlərinin forması çox müxtəlifdir. Dairəvi, 

ulduzvarı, habelə başcıq, papaqcıq, səbət və s. şəkildə meyvə 

cisimlərinə təsadüf edilir. Ölçüləri 2 – 3 mm-dən 0,5 m-ə qədər 

bəzən daha artıq olur. 




 

 

Qasteromisetlərin meyvə cisimləri daxili və xarici 



qatlardan təşkil olunmuşdur. Xarici təbəqə peridi, spor əmələ 

gətirən daxili təbəqə isə qleba adlanır. O, müxtəlif formalı 

boşluqlar və hiflərdən ibarətdir. Hiflər yığımına troma deyilir. 

Bazidilər bəzi nümayəndələrdə meyvə cisimlərinin daxilində 

himeni əmələ gətirir. 

Qrupun əksər nümayəndələri torpaq saprofitləridir, az bir 

hissəsi isə çürüyən kötüklər üzərində yaşayır. Torpaqda 

yayılmış nümayəndələrdə meyvə cisimləri torpağın altında 

inkişaf edir. İbtidai nümayəndələrdə torpağın altında qalır, 

alilərdə isə üstə  çıxır. Torpağın altında qalan meyvə 

cisimlərinin sporları donbalan göbələklərində olduğu kimi 

onlara qidalanan heyvanlar vasitəsilə yayılır. Bəzi ali 

nümayəndələrdə yetişmiş meyvə cisminin qlebası  rənglidir, 

əriyərkən çox pis iy verir. Ət və meyit milçəkləri onun üzərinə 

yığılaraq sporları yayır.  

Qasteromisetlərin sporları tünd rəngli və  təknüvəlidir. 

Bəzi nümayəndələrdə sporlar steriqma üzərində ikinüvəli 

olurlar. 

Tipik nümayəndələri çəmənliklərdə bitən 

bovistalikoperdon və ya tozanaq cinsləridir. 

Meyvə cisimləri dairəvidir. Bəzi növlərində ayaqcıqlar 

olur. Cavan meyvə cisimləri  əvvəlcə  ağ  və kövrək olur, son-

radan qonurlaşır, içərisi sporlar və kapillisilərlə dolur. Külli 

miqdarda  əmələ  gələn sporlar meyvə cisminin təpəsində 

yaranan deşik vasitəsilə yayılır. Məsələn, diametri 0,5 m olan 

iri likoperdonda 7,5 milyon spor inkişaf edir. Onların 

əksəriyyəti meyvə cismi əmələ  gətirsəydi, III nəsildə alınan 

meyvə cismlərinin ümumi həcmi Yer kürəsindən 800 dəfə 

böyük olardı. Lakin sporların  əksəriyyəti yaşamaq uğrunda 

mübarizədə  məğlub olur və inkişaf etmir, likoperdona isə çox 

az təsadüf edilir.  

Yer ulduzu və ya qaster (Gaster) adlanan göbələk  şam 

meşələrinin qumlu torpaqlarında geniş yayılmışdır.  İlk dövrdə 

 

  qasterin meyvə cismi dairəvi olur, lakin yetişmə dövründə 



onun xarici qatı ulduzşəkilli hissələrə parçalanır və bu hissələr 

aşağıya doğru  əyilir. Meyvə cisminin daxili qatının təpəsində 

xüsusi məsamə  əmələ  gəlir ki, sporlar buradan xaricə  çıxır və 

yayılır. Ulduzşəkilli parçalar hiqroskopik olduğu üçün rütubətli 

günlərdə  aşağıya, quraqlıq keçən günlərdə isə yuxarıya tərəf 

əyilir. 


Qastromisetlərin bəzi nümayəndələrində, meyvə cismləri 

çox maraqlı quruluşa malikdir. Onlara çürümüş quru oduncaq 

üzərində təsadüf edilir. Meyvə cismləri ölçüsü 1-1,5 sm-ə yaxın 

olan fincan və ya qədəhəbənzər  şəkildədir, içərisində peridiol 

adlanan yumurtayabənzər hissəciklər yerləşir. Peridiolların 

daxilində sporlar əmələ gəlir, meyvə cismlərindən qopub düşür

örtükləri parçalandıqdan sonra sporlar xaricə çıxır.  

Bu qrupdan olan fallusun (Phallus) nümayəndələri əsasən 

tropik ölkələrdə yayılmışlar. Lakin onun bəzi növləri Zaqatala 

meşələrində geniş yayılmışdır. Göbələklərin cavan meyvə cismi 

ağ örtüklə əhatə olunmuş böyük yumurta şəklindədir. Resepta-

kul meyvə cismi yetişərkən onun örtüyünü partladır və 30 sm-ə 

kimi uzanır, üzərində yaşılımtıl rəngli, konusşəkilli spor əmələ 

gətirən qleba yerləşir. Sonuncu tezliklə spor yığımından təşkil 

olunmuş yaşılımtıl-qara rəngli selik damlaları  əmələ  gətirir. 

Göbələk meyit qoxusu verməklə milçəkləri özünə  çəlb edir və 

beləliklə  də sporlar tez yayılr. Fallusa yaxın olan diktiofora 

cinsində reseptakulun yuxarı hissəsindən aşağıya doğru yönələn 

zəngşəkilli tor əmələ gəlir. 

Reseptakul yüksək sürətlə inkişaf edir və proses 1-2 saat-

dan 48 saata qədər davam edir. Hal-hazırda bu proses Amerika 

mikoloqları R. Zinger və A. Simit tərəfindən öyrənilir. 

Qastromisetlər təbiətdə üzvi maddələrin parçalanmasında yax-

ından iştirak edirlər. Bu göbələklərin biologiyası bu gün də 

hərtərəfli öyrənilməmişdir. 


Yüklə 1,94 Mb.

Dostları ilə paylaş:
1   ...   201   202   203   204   205   206   207   208   ...   244




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin