Azərbaycan respublikasi təHSİl naziRLİYİ baki döVLƏt universiteti A.Ş.İbrahiMov, Z. A. abdulova, L. N. mehdiyeva mikologiya (dərslik)



Yüklə 1,94 Mb.
səhifə196/244
tarix28.12.2021
ölçüsü1,94 Mb.
#10797
növüDərs
1   ...   192   193   194   195   196   197   198   199   ...   244
 

Himenomisetlər yarımsinfi – Hymenomycetidae 

Himenomisetlər bazidili göbələklərin çox geniş yayılmış 

qrupu sayılır. Buraya 12.000-dən artıq növ daxildir. Bazidilər 

mitseli üzərində düzülərək himeni adlanan süngərvarı  təbəqə 

əmələ  gətirirlər ki, bu sıranın xarakter xüsusiyyətidir. Himeni 

ali nümayəndələrdə ilk dövrdə qapalı olur, sporlar yetişdikdə 

isə açılır. 

Himenomisetlərin əksər nümayəndələri bitki qalıqları, pe-

yin, çürüntülü torpaq və s. üzərində saprofit həyat tərzi 

keçirirlər, eyni zamanda ağaclar üzərində parazitlik edən 

növləri də  məlumdur.  İstər parazit və istərsə saprofit növlərin 

 

  mitseliləri substrat içərisinə daxil olur, nadir hallarda onlar 



xaricə  çıxaraq hörümçək toruna bənzər pambıq və ya dərivarı 

təbəqə əmələ gətirir. Bəzi nümayəndələrdə rizomorflara, əksər 

növlərdə isə sklerotsilərə  təsadüf edilir. Bazidiospor inkişaf 

edərkən tək və ya çoxnüvəli hüceyrələrdən ibarət haploid mit-

seli əmələ gətirir. 

Sonralar belə mitselilərdən apoqam yolla dikarionları olan 

diploid mitselilər əmələ gəlir. Onların üzərində müxtəlif quru-

luşlu meyvə cisimləri inkişaf edir. İbtidai nümayəndələrdə 

meyvə cisimləri hörümçək toruna bənzər, bəzən keçəvarı 

təbəqə şəklində olur. Himeni meyvə cismi üzərində yerləşir. 

Sonralar təkamül nəticəsində dəriyəbənzər, mantarlaşmış, 

ağaclaşmış  və yaxud ətli meyvə cisimləri meydana çıxmışdır. 

İbtidai orqanizmlərin meyvə cisimləri substrat üzərinə  sərilir, 

nisbətən təkamül etmiş orqanizmlərdə isə onların kənarı sub-

stratdan qoparaq ya üfüqi, ya da şaquli istiqamətdə durur. Hi-

meni meyvə cisminin alt səthində inkişaf edir. Sporların yayıl-

ması  və mühafizə edilməsində belə quruluşun böyük 

əhəmiyyəti vardır. Himenomisetlərdə yetişmiş sporlar ancaq 

0,1 – 0,2 mm məsafəyə tullanır və hava cərəyanı vasitəsilə yay-

ılır.  


Ağac gövdələri və budaqlarında təsadüf edilən növlərin 

meyvə cisimləri at dırnağına bənzər forma alır və substrata 

möhkəm yapışır. Himeni onların alt səthində yerləşir. Torpaqda 

inkişaf edən nümayəndələrdə  qıfvarı, çətirəbənzər və s. meyvə 

cisimləri müşahidə olunur. 

Meyvə cisminin himeni yerləşən hissəsi himenofor ad-

lanır. İbtidai nümayəndələrin himenoforu sadə və hamardır, ali 

nümayəndələrdə isə o, müxtəlif şıxıntı, qatlar, borucuq və lövhə 

şəklində olur. Bu quruluş himeni səthini və sporların miqdarını 

artırır. Məsələn: papaqlı göbələklərin lövhəşəkilli himenoforları 

himeni səthini 7 dəfə, qov göbələyin boruşəkilli himenoforu isə 

150 dəfə genişləndirir.  

Himenimisetlərin sporları  əksərən təkhüceyrəlidir. Onlar 



 

  bazidinin zirvəsindəki steriqma üzərində yerləşir. Bazidi 

dördsporludur. Yetişmiş sporlar bazidi sporlar içərisindən 

turqor təzyiqinin artması hesabına 0,1 – 0,2 mm məsafəyə fəal 

tullanırlar. Xaricə  çıxmış sporlar hava cərəyanı vasitəsilə yay-

ılır. Torpaq üzərində yaşayan nümayəndələrin sporları 

həşaratlar və müxtəlif məməli heyvanlar tərəfindən geniş yay-

ılır. 


Himenositlərin sporları  rəngsiz və ya rəngli olur. Bəzi nü-

mayəndələrdə bunlar zeytuni, qəhvəyi, bənövşəyi və s. rənglərə 

boyanır. Himeni təbəqəsinin rəngi bir çox hallarda sporların 

rənginə uyğun gəlir. Sporların qılafı  əksər nümayəndələrdə 

hamardır, lakin bəzilərində müxtəlif çıxıntılar nəzərə çarpır. 

Onların rəngi və quruluşu himenositlərin təsnifatında  əsas rol 

oynayır. Sporların miqdarı isə olduqca böyükdür, hətta bəzi 

növlərin meyvə cisimlərində milyonlarla sporlar olur. 

Himenomisetlərin ibtidai nümayəndələrində meyvə cismi 

inkişaf edərkən himeni təbəqəsi tamamilə açıq olur, alilərdə isə 

(cavan dövründə) sadə hiflərdən ibarət pərdəvarı örtüklə əhatə 

olunur. Bu xüsusiyyət papaqlı göbələklərdə  də  nəzərə çarpır. 

Meyvə cismi inkişaf edərkən onların papağı ayaqcığa doğru 

əyilir, altında yerləşən cavan himeni pərdə ilə örtülərək 

mühafizə edilir. Meyvə cismi yetişərkən papaq açılır, pərdə 

cırılaraq halqa şəklində ayaqcıq üzərində qalır. Bundan əlavə, 

bəzi növlərdə meyvə cismini tamamilə örtən pərdə müşahidə 

olunur. Meyvə cisminin böyüməsi və ayaqcığın uzanması 

nəticəsində  pərdə partlayır, ayaqcığın  əsasında və papağın 

üzərində onun qalıqları görünür. Məsələn, çibintutan göbələyin 

papağı üzərindəki ağ  ləkələr həmin pərdənin qalıqlarıdır. Hi-

meni təbəqəsində bazidilərin  əlavə, silindrik və ya sancaqvarı 

parafizlərə də təsadüf edilir. Onlar ikinüvəlidirlər, bazidiospor-

lar və steriqmalar əmələ gətirirlər, ancaq bazidiləri bir-birindən 

ayırır və beləliklə, sporların yayılmasını  asanlaşdırır. 

Himeni təbəqəsində bazidilər eyni vaxtda deyil, müxtəlif 

vaxtda yetişirlər. Tam yetişmiş bazidi sporlarını tulladıqdan 

 

  sonra düşür və  əvəzinə yeni bazidi inkişaf edir. Meyvə 



cismlərinin vegetasiya müddəti olduqca müxtəlifdir. Tam 

yetişmiş ətli meyvə cismi olan nümayəndələr çox az, məsələn, 

bir neçə saatdan bir neçə günə kimi yaşayır, sonra isə çürüməyə 

başlayırlar. Digər tərəfdən, uzun müddət yaşayan meyvə 

cisimləri də  məlumdur, məsələn, qov göbələklərinin meyvə 

cismi 80 ilə qədər yaşayır. Belə növlərin bəzilərində yalnız bir 

himeni təbəqəsi inkişaf edir, digərində isə köhnə himeni 

təbəqəsini hər il yenisi əvəz edir. Beləliklə, himenoforlardan 

təşkil olunan illik zolaqlar yaranır. 

Himenomisetlərin meyvə cisimlərinin inkişafı xeyli vaxt 

tələb edir, məsələn, papaqlı göbələyin meyvə cismi uzun 

müddət torpağın altında inkişaf etdikdən sonra onun üstünə 

çıxır. Rütubətli və isti günlərdə bu göbələklərin kütləvi və 

sürətlə inkişafı onların  əvvəldən torpaq altında  əmələ  gəlməsi 

ilə  əlaqədardır. Himenomisetlər belə  şəraitdə uzanaraq torpaq 

üzərinə  çıxır və tezliklə papaq əmələ  gətirir. Meyvə cisminin 

inkişafı üçün mitselilərdə müəyyən miqdarda ehtuyat qida 

maddələrinin toplanması  tələb olunur ki, buna bəzi 

göbələklərdə uzun müddət sərf edilir. Ona görə də payızda ink-

işaf edən papaqlı göbələklərin meyvə cisimləri adətən iri olur. 

Ağaclar üzərində  təsadüf edilən qov göbələklərinin meyvə 

cisimləri daha gec, məsələn,  bitki xəstələndikdən bir neçə il 

sonra əmələ gəlir. Belə ki, həqiqi qov göbələyi adlanan Fomes 


Yüklə 1,94 Mb.

Dostları ilə paylaş:
1   ...   192   193   194   195   196   197   198   199   ...   244




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin