Şəkil 52. Bazidinin və bazidiosporun inkişaf sxemi.
Bazidiosporlar yetişdikcə tökülür, yenidən inkişaf edib
haploid mitseli verir. Deməli, bazidili göbələklərdə sporlar
xaricdə (ekzogen), kisəli göbələklərdə isə əksinə kisə daxilində
(endogen) əmələ gəlir. Quruluşuna görə bazidilər 3 qrupa
bölünür:
1. Təkhüceyrəli, silindrik və ya sancaqvarı bazidi –
halobazidi adlanır. Onların bazidiosporları bir sırada yerləşib
akrospor tipli bazidi əmələ gətirir. Bu tip bazidiosporlar fəal
xaric olunduğu üçün bütün bazidili göbələklərə aid edilir. Lakin
bəzi nümayəndələrdə bazidi meyvə cismi içərisində
yerləşdiyinə görə bazidiosporlar passiv xaric olunur.
Bazidilərin formaları və onlarda sporların düzülüşü müxtəlif
olur. Bazidiosporlar əsasən bazidinin yan hissəsində yerləşirlər.
Belə bazidilərə plevrospor tipli bazidilər deyilir (şəkil 53).
Dostları ilə paylaş: |