Azərbaycan respublikasi təHSİl naziRLİYİ baki döVLƏt universiteti A.Ş.İbrahiMov, Z. A. abdulova, L. N. mehdiyeva mikologiya (dərslik)


Holobasidiomisetlər sinfi – Holobasidiomycetes



Yüklə 1,94 Mb.
səhifə194/244
tarix28.12.2021
ölçüsü1,94 Mb.
#10797
növüDərs
1   ...   190   191   192   193   194   195   196   197   ...   244
 

Holobasidiomisetlər sinfi – Holobasidiomycetes 

 

Holobazidiomisetlər sinifinə ekzobazidilər sırası (bazidi 



mitseli üzərində formalaşır), himenomisetlər (bazidi mitseli 

üzərində düzülərək sıx himeni təbəqəsi  əmələ  gətirir) və 

qastromisetlər qrup sırası (bazidi meyvə cismi içərisində 



 

  yerləşir) daxildir. 

 

 

 



Ekzobazidilər sırası – Ekzobazidiales 

Sıraya 20-yə  qədər növ daxildir. Bunlar əsasən çiçəkli ali 

bitkilər üzərində parazit halda yaşayırlar, meyvə cisimləri yoxdur. 

Bazidi mitseli üzərində himeniyə  bənzər sıx olmayan təbəqə 

əmələ gətirir. Bəzi növlərdə isə bazidi dəstə şəklində yerləşir. 

Ekzobazidilər  əsasən erikakimilər, daşdələnkimilər, çay-

kimilər fəsiləsinə aid və digər tropik bitkilər üzərində parazitlik 

edirlər. 

 Ekzobazidium  (exobasidium) cinsi üzərində ilk dəfə 

1876-cı ildə böyük rus mikoloqu M.S.Voronin tədqiqat apar-

mışdır. Alim bu göbələyin bitkilərdə müxtəlif şişlər törətdiyini 

müəyyən etmişdir.  

Bu cinsin geniş yayılmış növü olan E.vaccinii mərcangilə 

bitkisi üzərində yaşayır. Xəstəliyin xarakter əlaməti cavan bu-

daqlar, yarpaqlar və çiçəklər üzərində ağ, çəhrayı və ya qırmızı 

rəngli  şişin əmələ  gəlməsidir.  Şiş olan orqanın arxa hissəsi ağ 

rəngli bazidiospor yığını ilə örtülür (şəkil 54). 

 


Yüklə 1,94 Mb.

Dostları ilə paylaş:
1   ...   190   191   192   193   194   195   196   197   ...   244




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin