Azərbaycan respublikasi təHSİl naziRLİYİ baki döVLƏt universiteti A.Ş.İbrahiMov, Z. A. abdulova, L. N. mehdiyeva mikologiya (dərslik)



Yüklə 1,94 Mb.
səhifə197/244
tarix28.12.2021
ölçüsü1,94 Mb.
#10797
növüDərs
1   ...   193   194   195   196   197   198   199   200   ...   244
fomentarius-un meyvə cismi 3-5 ildən sonra inkişaf edir. 

Himenomisetlərin əksər nümayəndələrinin mitseliləri çox-

illik olub, substrat daxilində  qışlayır. Ona görə  də yeməli 

göbələklərə, xüsusən göbələk bitən yerlərdə çoxlu miqdarda 

təsadüf edilir. Papaqlı göbələklərin çəmənliklərdə (“şeytan 

halqası”) dairəvi düzülüşü torpaqda yaşayan çoxillik 

mitselilərin inkişafı ilə  əlaqədardır. Mitselilər hər il inkişaf 

edərək dairənin diametrini artırır. 

Bütün başqa göbələklər kimi himenomisetlər də mitselilər 

vasitəsilə çoxalır, məsələn,  şampinonu süni şəraitdə mitselilər 




 

  vasitəsilə becərirlər. Bəzi himenomisetlərin cavan 

mitselilərində oidilər konididaşıyıcıda və konidilərdə inkişaf 

edir. Lakin onlarda mitselilərlə çoxalma kisəli göbələklərdə 

olduğu kimi geniş yayılmamışdır. 

Himenomisetlərin nümayəndələri, xüsusilə mülayim 

iqlimli ölkələrdə daha çox yayılmışlar. Onların  əksər nüma-

yəndələri torpaqda, ağac qalıqları üzərində saprofit həyat tərzi 

keçirir, bəziləri ağac bitkilərində parazitlik edirlər. Papaqlı 

göbələklərin əksəriyyəti ali bitkilərin kökləri üzərində mikoriza 

əmələ  gətirir. Mikoriza endo-ektotrof və ekto-endotrof tipdə 

olur. 


Endotrof mikoriza zamanı mitselilər kökün parenxim 

hüceyrələri daxilində yerləşir. Bu zaman kök öz əmici tellərini 

saxlayır. Endotrof mikoriza göbələklərinə orxidlər fəsiləsinin 

nümayəndələrini misal göstərmək olar. Bu bitkilərin toxumaları 

göbələksiz inkişaf edə bilmir. Bir sıra ot bitkilərinin kökündə 

orxidlərin olması onların inkişafına heç bir mənfi təsir 

göstərmir. 

Ektotrof mikoriza göbələkləri kök üzərində hif yığını 

əmələ  gətirir, nəticədə onda xüsusi kök tükcükləri yaranmır. 

Bəzən inkişaf zamanı kök hif yığınını deşir və böyüyür. 

Endotrof və ektotrof mikoriza göbələklərini bir-birindən 

fərqləndirmək çox çətindir. Odur ki, keçid təşkil edən bu for-

malar ekto-endotrof mikoriza göbələkləri adlanırlar. Onlara kök 

üzərində  və parenxim hüceyrələr daxilində  təsadüf olunur. Bu 

mikorizalarda kök hüceyrələri canlı olur, əsasən ağac 

bitkilərində yayılmışlar. 

Su bitkiləri müstəsna olmaqla, qalan bütün ot, kol və ağac 

bitkilərində mikoriza əmələ  gəlir. Qeyri-müəyyən göbələklər, 

ziqomisetlər ot bitkiləri, kisəli (donbalan göbələkləri) və ba-

zidili göbələklər isə ağac bitkiləri ilə mikoriza əmələ gətirirlər. 

Göbələk mitseliləri ekto-endotrof mikorizada karbohidrat-

ları kökdən alır və heterotrof olduqları üçün üzvi maddə sintez 

edə bilmirlər, mitseliləri torpağa daxil olur və ondan su və min-

 

  eral duzları, həmçinin üzvi maddələri də  mənimsəyirlər. 



Onların bir hissəsi göbələk, digər hissəsi isə bitki tərəfindən 

mənimsənilir. Göbələk bitki köklərindən özü üçün lazım olan 

hazır üzvi maddələri alır. Mikoriza mürəkkəb proses olub, 

xarici mühitdən də xeyli asılıdır. 

Himenomisetlər yarımsinifi himenoforları  və meyvə 

cisimlərinin quruluşuna görə 2 sıraya bölünür: 

1.

 

Afilloforlar – Aphyllophorales; 



2.

 

Papaqlı göbələklər – Agaricales. 



                       


Yüklə 1,94 Mb.

Dostları ilə paylaş:
1   ...   193   194   195   196   197   198   199   200   ...   244




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin