2. Bazidi iki hissədən ibarətdir: genişlənmiş aşağı hissə -
adətən iki və ya dörd hissədən ibarət olur. Epibazidi arakəsmə
bazidiyə heterobazidi deyilir.
3. Bazidi eninə arakəsmələrlə dörd hüceyrəyə bölünür.
Sporlar bazidinin yan hissəsində inkişaf edirlər. Belə bazidi
fraqmobazidi adlanır. Fraqmobazidinin xarakter xüsusiyyəti
qalın qılaflı, sükunət dövrü keçirən teliospor əmələ
gətirməsidir. Teliosporu bəzən teliobazidi də adlandırırlar. Ba-
zidi və bazidiosporlar bilavasitə mitseli üzərində də əmələ gələ
bilir. Lakin bazidili göbələklərdə bazidi meyvə cismi üzərində
formalaşır. Onların inkişaf tsiklində dikariotik faza haploid
fazaya nisbətən üstünlük təşkil edir. Haploid fazanın ömrü qıs-
adır (o, bazidiosporlar və mitselidən ibarətdir).
Sinfin nümayəndələri zərif hörümçək toruna bənzəyir,
pambıqvarı, dəriyəbənzər, pərdəvarı, qabıq, dırnaq və
lövhəşəkilli meyvə cisminə malikdirlər.
Açıq meyvə cisimlərində bazidilər üst təbəqədə düzülərək
himeni əmələ gətirirlər ki, onu himenofor da adlandırırlar.
Şöbənin ibtidai nümayəndələrində himenofor hamardır, ali
nümayəndələrdə isə o dişcik şəklində, boruvarı və lövhəvarı
olur. Bazidiosporlar fəal yayılırlar. Onların tullanma gücü kisəli
göbələklərdə olduğu kimi turqor təzyiqi yüksəldikdə artır.
Qapalı meyvə cismi olan göbələklərdə əsl himeni əmələ
gəlir. Odur ki, onlarda bazidinin quruluşu və sporların
yerləşməsi müxtəlifdir, meyvə cismi və himeninin xarici qlafı
partladıqdan sonra sporlar xaricə çıxır. Bazidili göbələklərin
himenoforları müxtəlif rəngdə olur (rəngsiz, sarı, çəhrayı,
narıncı və qara).
Şöbənin nümayəndələrində konidilərlə çoxalma nadir
halda təsadüf olunur. Beləliklə, bazidili göbələklər aşağıdakı
əlamətlərinə görə kisəli göbələklərdən fərqlənirlər:
1. Kisəli göbələklərdə sporlar endogen ask daxilində, ba-
zidili göbələklərdə isə ekzogen bazidi üzərində əmələ gəlir;
2. Kisəli göbələklərdə cinsi orqanlar vardır, bazidili
göbələklərdə isə cinsi orqanlar yoxdur. Bazidili göbələklərdə
cinsi çoxalma somatoqamiya tipdədir;
3. Kisəli göbələklərdə haploid
faza üstünlüyə malikdir,
əvvəlcə askogen hif, sonra kisə əmələ gəlir. Bazidili
göbələklərdə isə əksinə, dikariotik və diploid fazanın ömrü
uzundur. Onlarda cavan diploid bazidi, haploid bazidiospor və
ilk mitseli inkişaf edir. Bəzilərində haploid dövr bazidipspora
kimi ixtisar olunur;
4. Kisəli göbələklərin meyvə cismi haploid mitselidən
inkişaf edir, meyvə cismi daxilindəki askogen hif isə dikari-
otikdir. Bazidili göbələklərin meyvə cismi isə yalnız dikariotik
mitselilərdən əmələ gəlir.
Bazidinin quruluşu və inkişaf mərhələlərinə görə bazidili
göbələklər üç sinifə bölünür:
1. Holobazidiomisetlər – Holobasidiomycetide və ya
Autobasidiomy-cetidae. Arakəsməsiz, sancaqvarı və ya silin-
drik, təkhüceyrəli bazidilər kimi xarakterizə olunur, bazidinin
yerləşməsi əsas şərtdir.
2. Heterobazidiomisetlər – Heterobasidiomycetidae. Ba-
zidi mürəkkəb quruluşlu olub, epibazidi və hipobazididən
ibarətdir. Ana hüceyrə inkişaf etməyərək çıxıntı əmələ gətirir.
Haploid nüvələr bu çıxıntıya daxil olduqdan sonra o,
arakəsmələrə ayrılır.
3. Teliobazidiomisetlər – Teliobasidiomycetidae. Bazidi
(arakəsmələrlə fraqmobazidilərə bölünür) sükunət dövrü
keçirən qalın qlaflı teleytospor hüceyrəsinə inkişaf edir.
Bir çox mikoloqlar isə Bazidili göbələklər şöbəsini 3 sinfə:
Basidiomycetes, Uredinomicetes və Ustilaginomycetes
siniflərinə bölürlər.
Dostları ilə paylaş: