nümayəndələrində psevdotetsi dairəvi və ya yandan nisbətən
basıq olub, qara rənglidir. Bəzilərində çoxlu sayda askostroma-
lar tək halda yerləşir və lokulanın peritetsilərinə oxşayır.
Onların lokulalarında psevdoparafizlər uzun müddət qalır.
Şəkil 49. Mycosphaerella fraqariae: 1 – çiyələyin yoluxmuş yar-
paqları; 2 – psevdotetsi; 3 – askosporları olan kisə.
Askosporlar eninə, bəzən də uzununa arakəsmələrə ma-
likdir. Pleosporanın ot bitkiləri üzərində saprofit halda yaşayan
nümayəndələrinə pleosporanı misal göstərmək olar. Ağac
bitkiləri üzərində parazit həyat tərzi keçirən nümayəndələri də
vardır. Praktiki əhəmiyyəti olan parazit nümayəndələrdən biri
venturiadır (Venturia). Onun əsasən iki növü meyvə
bitkilərində: V.inaegualis, V.pizina isə armudda dəmgil
xəstəliyini törədir, bitki yarpağında zeytun rəngində məxməri
ləkələr əmələ gətirir. Göbələk yığını parazitin konidisi və
konididaşıyıcılarından ibarətdir ki, bu dövr fuzikladium
(fusicladium) adlanır.
Bir vegetasiya dövründə göbələk 3-10 dəfə konidi nəsli
əmələ gətirir. Konidilər yetişdikdə yarpağın kutikulasını
partladıb xaricə çıxır və sağlam yarpaqların üzərinə düşür .
Venturia cinsinin qara rəngli psevdotetsisi şar
şəklindədir. Sancaqvarı kisəsinin psevdoparafizləri vardır. Kisə
sporları zeytuni-boz rəngli olub arakəsməlidir. Göbələk
torpaqda və bitki qalıqlarında yaşayır.
Alma və armudun dəmgil xəstəliyi böyük iqtisadi
əhəmiyyət kəsb edir. Onun təsirindən yarpaqlar vaxtından əvvəl
quruyub tökülür, bitki zəifləyir, məhsuldarlıq azalır və
meyvələr eybəcərləşir. Nəticədə meyvələr standarta uyğun
gəlmir və qiyməti aşağı düşür (şəkil 50).
Dostları ilə paylaş: