1.“Elsin” tipli – askostromanın hər boşluğunda yalnız bir
kisə yerləşir.
2.“Psevdosfer” tipli askostromada bir və ya bir neçə boş-
luq olur.
Toxumada tək-tək əmələgələn kisələr askostroma mər-
kəzini yaradır. İnteraskulyar toxuma qalıqlarından isə psev-
doparafiz inkişaf edir. Bəzən bu qalıqlar tamamilə dağılır və
psevdoparafizlər əmələ gəlmir.
3. “Dotideya” tipli askostroma bir və ya bir neçə boşluğa
malikdir.
Kisələr qrup halında stromanın bazal hissəsindən inkişaf
edirlər, nəticədə askostromanın mərkəz toxuması tamamilə da-
ğılır.
4.“Pleospora” tipli askostromada bir və ya bir neçə boşluq
vardır ki, burada onun bazal hissəsindən çıxan hiflər əmələ
gəlir. Bu hiflər lokulanın yuxarısına kimi inkişaf edə bilir. Lo-
kulada kisələr hiflər arasında yerləşir. Lokulomisetlər 5 sıraya
bölünür. Bunlardan üçü ilə tanış olacağıq.
Dostları ilə paylaş: