antigen-antitel birləşmələri əmələ gəlir. Sübut olunmuş
dur ki, antitellər mikrosomal və kolloid antigenlərə
qarsı da əmələ gəlir. Bunlar hamısı birlikdə tireositlərə
toksik təsir göstərərək autoimmum iltihabı proseslərin
davam etməsinə, vəz toxumasının tədricən birləşdirici
toxuma ilə əvəz olunmasına səbəb olurlar. Nəticədə
birincili hipotireoz yaranır.
TƏSNİFATI
Bu xəstəlikdə aşağıdakı fazalar aid edilir:
1. Eutireoid fazalar
2. Subkliniki faza
3. Tireotoksiki faza
4. Hipotireoid faza
Kliniki şəklə və vəzin ölçülərin
Kliniki şəklə və vəzin ölçülərin
əsasən aşağıdakı formalara
aid edilir:
1. Latent forma
2. Hipertrofik forma
a) Diffuz forma
b) Düyünlü forma
c) Diffuz-düyünlü forma
3. Atrofik forma
KLİNİKA
Xəstəlik adətən tədricən inkişaf edir və Klinikası vəzin zədələnmə dərəcəsindən asılı olur. Xəstəliyin başlanğıcı vəzin hipertrofiyası ilə gedərsə, o zaman xəstələr boyunun ön nahiyyəsində olan sıxılmadan, boğazda göynəmə hissiyyatından, boyunun ön nahiyyəsində ağrılardan (həmişə olmur), ümumi zəiflikdən, yorğun-
luqdan, ürəkdöyünmədən, əsəblikdən, oynaqlarda
ağrıdan şikayət edirlər. Bəzən xəstələr udqunduqda san-
ki boğazlarında nəsə qalıb deyə şikayət edirlər.
Xəstəliyin ilk dövrlərində tireotoksikoz əlamətləri olur, sonralar xəstəlik davam etdikcə hipotireoz inkişaf edir.
DİAQNOZ.
Xəstəliyə diaqnoz qoymaq üçün xəstəliyin klinikasına, laborator, ultrasəs müayinələrinin, skanoqrammanın, eləcə də biopsiyanın nəticələrinə əsaslanırlar.
Laborator müayinələrə aid edilir:
1. Qanın ümumi analizi-limfositlərin kəmiyyətcə təyini
2. İmmunoqramma-tireoqlobulinə, mikrosomal və kol-