Periferik qanın müayinəsi



Yüklə 21,12 Kb.
tarix18.01.2017
ölçüsü21,12 Kb.
#5732


Məsələ №1.

Xəstə B, 62 yaşı var. Şikayətləri: ümumi zəiflik, yüksək hərarət, burun qanaxması. Dəridə və selikli qişalarda tez-tez “qançırlar” və çox böyük ölçüdə olmayan petexiyalar əmələ gəlir. Hemorragiyanın əmələ gəlməsi ən kiçik təsirlərdən də provakasiya olunur-geyimlə sürtülmək, yüngül zədələnmələrlə. Bəzən burun qanaxmaları, damaqdan qanaxma olur. İntoksikasiya əlamətləri qeyd edilir: bədən kütləsinin enməsi, zəiflik,tərləmə, iştahanın enməsi. Son bir il ərzində tez-tez angina və bronxit inkişaf edir.

Müayinədə: Huşu aydın, tənəffüs tezliyi bir qədər artmışdır. Dalaq və qaraciyərin limfa düyünləri ölçüləri böyüyüb (limfoadenopatiya).

Xəstənin heç bir dərmana allergiyası müşahidə olunmayıb. Hal hazırda heç bir dərman qəbul etmir.


Periferik qanın müayinəsi: Leykoformula :

WBC (leykositlər) -67.3×109 /l Blastlar-78%

RBC (eritrositlər) – 3.39 × 1012/l Çubuqnüvəli neytrofillər-2%

HGB (hemoqlobin) -106.0 q /l , Seqmentnüvəli neytrofillər-3%

MCV (eritrositlərin orta həcmi) -89.7 fl , Limfositlər-17%.

MCH -31.3 pq, (1 eritrositdə hemoqlobinin orta həcmi)

MCHC – 349 q/l (eritrositlərdə hemoqlobinin orta qatılığı)

PLT (trombositlər)-8×10 9/l



Suallar:

1. Diaqnostika taktikası: Ən optimal diaqnostik müayinə metodu hansıdır?

2. Klinik diaqnoz nədir?

3. Xəstəni müalicə üçün hansı həkimə göndərmək lazımdır?


Ədəbiyyat: В.С.Камышников «Методы клинических лабораторных исследований» Москва, 2009.

Məsələ №2.

Xəstə V, 53 yaşı var. Şikayətləri: ümumi zəiflik, iştahanın enməsi, dəri örtüklərinin avazıması, tər ifrazının artması, sol qabırğaaltında ağrı hissinin olması, sümüklərdə ağrının lokalizasiyası ilə xarakterizə edilir. Həkimin müayinəsində - xəstənin huşu aydındır, tənəffüs tezliyi normaldır, bəzən hərarətin qalxması, dalağın və qaraciyərin böyüməsi qeyd edilir. Dərmanlara qarşı allergiya müşahidə olunmayıb.




Periferik qanın müayinəsi:

Leykoformula :

WBC(leykositlər)-144,4×109/l,

RBC(eritrositlər)-3.45×1012/l

HGB(hemoqlobin)-79 q/l,

MCV-75.4fl, (eritrositlərin orta həcmi),

MCH-22.9 pq,(1eritrositdə hemoqlobinin orta həcmi),

MCHC-304 q/l,(eritrositlərdə hemoqlobinin orta qatılığı)

PLT(trombositlər)-1434×10 9/l


miyeloblastlar -1%,

promielositlər -1%,

mielositlər -28%

metomielositlər-14%

çubuqnüvəli neytrofillər -8%

seqmentnüvəli neytrofillər- 30%,

ezonofillər-1%

bazofillər-5%

monositlər-4%

limfositlər-9%





Suallar:

1. Diaqnostika taktikası: Ən optimal diaqnostik müayinə metodu hansıdır?

2. Klinik diaqnoz nədir?

3. Xəstəni müalicə üçün hansı həkimə göndərmək lazımdır?


Ədəbiyyat: В.С.Камышников «Методы клинических лабораторных исследований» Москва, 2009.

Məsələ №3.

Xəstə N, 65yaş. Şikayətləri: “konstitusional simptomlardandır”-asteniyadan, tərləmənin artmasından, spontan olaraq bədən kütləsinin azalmasından.

Generelizə olmuş limfadenopatiya xarakterdir. Döş qəfəsi daxili və qarındaxili limfa düyünləri USM və rentgenoloji müayinədə aşkar edilir, periferik limfa düyünləri palpasiyada əlçatandır.

Xəstəlik təsadüfən aşkar olunub (sanatoriya kurort müalicəsi zamanı). Obyektiv müayinə zamanı periferik limfoadenopatiya müşahidə olunur. Dərman preparatlarına qarşı allergiya yoxdur.


Periferik qanın müayinəsi: Leykoformula :

WBC(leykositlər) -76.3 ×109\l çubuqnüvəli neytrofillər -2% HGB(hemoqlobin)-105 q\l, seqmentnüvəli neytrofillər -12% RBC(eritrositlər)-4.18×109\l, prolimfositlər-3%

MCV-89 fl,(eritrositlərin orta həcmi) limfositlər-83%

MCH-25.1pq (1eritrositdə hemoqlobinin orta həcmi)

MCHC-283 q\l (eritrositlərdə hemoqlobinin orta qatılığı)

PLT(trombositlər)-212 ×109\l



Suallar:

1. Diaqnostika taktikası: Ən optimal diaqnostik müayinə metodu hansıdır?

2. Klinik diaqnoz nədir?

3. Xəstəni müalicə üçün hansı həkimə göndərmək lazımdır?


Ədəbiyyat: В.С.Камышников «Методы клинических лабораторных исследований» Москва, 2009.
Yüklə 21,12 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin