Azərbaycan respublikasi təHSİl naziRLİYİ baki döVLƏt universiteti A.Ş.İbrahiMov, Z. A. abdulova, L. N. mehdiyeva mikologiya (dərslik)



Yüklə 1,94 Mb.
səhifə189/244
tarix28.12.2021
ölçüsü1,94 Mb.
#10797
növüDərs
1   ...   185   186   187   188   189   190   191   192   ...   244
Pleosporlar sırası – Pleosporales 

“Pleospora” tipli askostroma inkişaf edir. Sıranın bir çox 



 

  nümayəndələrində psevdotetsi dairəvi və ya yandan nisbətən 

basıq olub, qara rənglidir. Bəzilərində çoxlu sayda askostroma-

lar tək halda yerləşir və lokulanın peritetsilərinə oxşayır. 

Onların lokulalarında psevdoparafizlər uzun müddət qalır. 

 

Şəkil 49. Mycosphaerella fraqariae: 1 – çiyələyin yoluxmuş yar-



paqları; 2 – psevdotetsi; 3 – askosporları olan kisə. 

 

Askosporlar eninə, bəzən də uzununa arakəsmələrə ma-



likdir. Pleosporanın ot bitkiləri üzərində saprofit halda yaşayan 

nümayəndələrinə pleosporanı misal göstərmək olar. Ağac 

bitkiləri üzərində parazit həyat tərzi keçirən nümayəndələri də 

vardır. Praktiki əhəmiyyəti olan parazit nümayəndələrdən biri 

venturiadır (Venturia). Onun əsasən iki növü meyvə 

bitkilərində: V.inaegualis, V.pizina isə armudda dəmgil 

xəstəliyini törədir, bitki yarpağında zeytun rəngində  məxməri 

ləkələr  əmələ  gətirir. Göbələk yığını parazitin konidisi və 

konididaşıyıcılarından ibarətdir ki, bu dövr fuzikladium 

(fusicladium) adlanır. 

 Bir vegetasiya dövründə göbələk 3-10 dəfə konidi nəsli 

əmələ  gətirir. Konidilər yetişdikdə yarpağın kutikulasını 

partladıb xaricə çıxır və sağlam yarpaqların üzərinə düşür . 

 

 



Venturia cinsinin qara rəngli psevdotetsisi şar 

şəklindədir. Sancaqvarı kisəsinin psevdoparafizləri vardır. Kisə 

sporları zeytuni-boz rəngli olub arakəsməlidir. Göbələk 

torpaqda və bitki qalıqlarında yaşayır. 

Alma və armudun dəmgil xəstəliyi böyük iqtisadi 

əhəmiyyət kəsb edir. Onun təsirindən yarpaqlar vaxtından əvvəl 

quruyub tökülür, bitki zəifləyir, məhsuldarlıq azalır və 

meyvələr eybəcərləşir. Nəticədə meyvələr standarta uyğun 

gəlmir və qiyməti aşağı düşür (şəkil 50). 

 


Yüklə 1,94 Mb.

Dostları ilə paylaş:
1   ...   185   186   187   188   189   190   191   192   ...   244




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin