Lokuloaskomisetlər sinfi – Lokuloascomycetes
Kisələri əsil meyvə cismində deyil, askolokulalar tipli
askostromada inkişaf etdiyi üçün bu yarımsinfin nümayəndələri
euaskomisetlərdən fərqlənir. Kisələr stroma toxumasının
çoxalma və sıxılma nəticəsində onun boşluğunda əmələ gəlir
(şəkil 47,48).
Şəkil 47. Psevdotetsilər: a – Mycospharella; b – Venturia.
Adi halda hər kisə sərbəst boşluqda yerləşir və kisələr-
arası toxuma ilə başqa kisələrdən ayrılır. Hər boşluqda bir neçə
kisə yerləşdikdə interaskulyar toxuma tamamilə dağılır. Bəzən
interaskulyar toxuma kisələr arasındakı sapa oxşayır və
psevdoparafiz adlanır. Lokulomisetlərdən fərqlənir.
Lokulomisetlərin kisələri ikiqat qılaflıdır. Kisənin xarici qatı
bərk, daxili qatı isə əksinə yumşaqdır. Kisə sporları arakəsməyə
malikdir.
Dostları ilə paylaş: |