Donbalan göbələklər sırası – Tuberales
Bu göbələklər sırasına meyvə cismləri torpaqda əmələ
gələn növlər daxildir. Sıra 100-dən çox növü əhatə edir. Meyvə
cismləri müxtəlif ölçülü yumrular şəklində olur. Ölçüləri 1 – 10
sm və daha böyük ola bilir. Mikroskop altında xaricdən tünd
rəngli qabıqla örtüldüyü görünür. Peridilər sıxdır. Daxili
toxuma zolaq əmələ gətirərək mərmər səthinə oxşayır. Sıx
zolaqlar daxili, yumşaq zolaqlar isə xarici damarlar adlanır.
Meyvə cismi erkən inkişafa başlayarkən açıq apotetsi
formasında olur, üzərində himeni qatı inkişaf edir. Sonralar
meyvə cismi eninə və uzununa böyüyərək daxili və xarici
damarları əmələ gətirir. Damarlar arasında dairəvi kisələr
yerləşir və himeni təbəqəsini əmələ gətirir.
Bu göbələklərin əksəriyyəti meşələrdə yayılmışdır.
Mikoriza əmələ gətirən göbələklər sayılır, ona görə də onları
laboratoriya şəraitində təmiz kulturaya çıxarmaq mümkün
deyil. Donbalan göbələkləri yüksək qidalı göbələklərdəndir.
Xüsusilə qara fransız donbalan göbələyi (T.melanosporum)
daha çox qidalıdır. Cənubi Fransada geniş yayılmışdır.
Rusiyada donbalana (T.aestrum) çox təsadüf edilir. Onun mey-
və cismi daha böyük olub üzəri qarayabənzər rənglididr, lakin
keyfiyyətinə görə fransız donbalanından geridə qalır (şəkil 46).
Dostları ilə paylaş: |