Azərbaycan respublikasi təHSİl naziRLİYİ baki döVLƏt universiteti A.Ş.İbrahiMov, Z. A. abdulova, L. N. mehdiyeva mikologiya (dərslik)



Yüklə 1,94 Mb.
səhifə170/244
tarix28.12.2021
ölçüsü1,94 Mb.
#10797
növüDərs
1   ...   166   167   168   169   170   171   172   173   ...   244
Microascales sırası 

Bu sıra xırda sıra olub, nümayəndələri azdır. Sıra xırda 

peritetsisi ilə xarakterizə olunur. Meyvə cismi və kisələr 

seliklidirlər. Kisələrdə çox sayda kisə sporları vardır. Bunların 

bitkilər üzərində parazit yaşayan nümayəndələri  ən təhlükəli 

göbələklərdir. Bu sıra Microascaceae və Ophiostomataceae 

 

  fəsilələrini cəmləyir. Microascaceae fəsiləsinin 



nümayəndələrində, peritetsidə  çıxıntılar gödək olurlar. 

Peritetsilər armudu xatırladır. Bu nümayəndələrin 

əksəriyyətində konidi dövrü məlumdur. Bu fəsilənin  ən geniş 

yayılmış cinslərindən biri Microascus cinsidir. Bu cinsin 

nümayəndələri bitkilər üzərində parazit yaşıyırlar. Lakin 

bunların torpaqda bitki və heyvan qalıqları üzərində yaşayan 

nümayəndələri vardır. 

Ofiostomataceae fəsiləsinə bəzi mikoloqlar sıra kimi baxır-

lar bu fəsilənin nümayəndələrində meyvə cisminin (peritetsinin) 

boğazı uzun olur (şəkil 37). Peritetsilər mitseli üzərində qrup 

halında otururlar. Fəsilənin ən geniş yayılmış cinsi Ceratocystis-

dir. Bu cinsin nümayəndələri saprotrof və parazit yaşayırlar. Ən 

geniş yayılmış növü C.ulmidir. Bu növ hollad xəstəliyini törədir. 

Əsasən Avropa və Amerikada geniş yayılıb. Xəstəlik təsirindən 

yarpaqlar saralır və bitki üzərində uzun müddət qala bilir. Bu 

göbələk növünə  bitkinin yarpaqlarından başqa kökündə də rast 

gəlmək olur. Bu cinsin konidi dövrü də məlumdur və Graphium-

dur. Konidilər kök üzərində geniş yayılmışdır. Vegetasiya 

dövrünün sonunda isə peritetsi əmələ  gəlir. Bu cinsin 

C.fagacearum növü isə palıd bitkisi üzərində parazit yaşayır. Bu 

göbələk təsirindən palıd bitkisi məhv ola bilir. Cinsin konidi 

dövrü Chalara quercinadır.   




Yüklə 1,94 Mb.

Dostları ilə paylaş:
1   ...   166   167   168   169   170   171   172   173   ...   244




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin