Şəkil 7. Göbələklərdə cinsi prosesin tipləri.
Qametoqamiya – ibtidai göbələklərdə müşahidə olunur.
Qametangidə əmələ gələn qametlərin birləşməsidir. Qameto-
qamiya izoqamiya (morfoloji quruluşca oxşar qametlərin
birləşməsi), heteroqamiya (müxtəlifboylu qametlərin
birləşməsi) və ooqamiya tipli olur. Ooqamiya tipli cinsi çox-
alma zamanı ooqonidə formalaşmış hərəkətsiz iri yumurta
hüceyrəsi hərəkətli çox kiçik spermatozoidlə mayalanır. Sper-
matozoid anterididə əmələ gəlir.
Somatoqamiya – bazidili göbələklər üçün xarakterik olan
cinsi çoxalma tipidir. Bu çoxalmada orqanlar və qametalar işti-
rak etmir. Burada adi somatik mitseli hüceyrələri birləşirlər.
Tallomları təkhüceyrəli olan göbələkələr bəzən bir-birilə
birləşirlər ki, bu proses də holoqamiya adlanır. Holoqamiya
somatoqamiya tipli cinsi çoxalmanın bir formasıdır.
Təkamül baxımından somatoqamiya qametoqamiya ilə sıx
əlaqədardır. Bu isə diferensiasiya etməmiş iki qamet
möhtəviyyatının birləşməsidir. Ümumiyyətlə, bunlar üçün is-
tifadə edilən “qametangi” adı düz deyil. Belə ki, bu içərisində
qameta olan qametangi deyildir.
Yuxarıdakı bütün cinsi çoxalmalardan sonra ziqot əmələ
gəlir. Ziqoqamiya tipli cinsi çoxalma iki çoxnüvəli qa-
metangiyanın birləşməsidir. Belə qametangi morfoloji quru-
luşca mitselidən fərqlənir. Burada ziqot inkişaf edib ziqospor
əmələ gətirir.
Dostları ilə paylaş: |